Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Bakı sakinlərini və şəhərimizin qonaqlarını “KOB Fest”ə dəvət edirik! 22.04.22
Bakı sakinlərini və şəhərimizin qonaqlarını “KOB Fest”ə dəvət edirik!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Bakı sakinlərini və şəhərimizin qonaqlarını İçərişəhərdə (Qoşa Qala Meydanı) təşkil ediləcək “KOB Fest” – sərgi-satış yarmarkasına dəvət edir. 

 

“Sahibkarlar Günü”nə həsr olunmuş ilk KOB Fest 25 - 26 aprel tarixlərində saat 10:00-dan 20:30-dək paytaxt sakinləri və şəhərimizin qonaqları üçün açıq olacaq. Yarmarkada 100-ə yaxın mikro və kiçik sahibkarlıq subyektinin 1000-dən çox çeşiddə məhsulu təqdim ediləcək.

 

Sərgi-satış yarmarkasında KOB subyektlərinin istehsal etdikləri qida və qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl işləri, eləcə də xidmət sektorunda fəaliyyət göstərən KOB-ların xidmətləri nümayiş olunacaq. Festival müddətində ebru sənətinin, qum üzərində rəsm sənətinin və s. dekorativ tətbiqi sənət növlərinin KOB subyektləri tərəfindən master-klassları, eləcə də mədəni-əyləncəli proqram təqdim edilcəkdir. 

Powered by Froala Editor