Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
“Bakı KOB evi”ndə sahibkarlara kommunal qurumlar tərəfindən xidmətlər göstərilir 21.02.23
“Bakı KOB evi”ndə sahibkarlara kommunal qurumlar tərəfindən xidmətlər göstərilir

Sahibkarlar kommunal xidmətlərlə bağlı “Bakı KOB evi”nə müraciət edə bilərlər. Hazırda KOB evində “Azərsu” ASC, “Azərişıq” ASC və “Azəriqaz” İstehsalat Birliyi tərəfindən sahibkarlara müxtəlif xidmətlər təqdim olunur.

“Bakı KOB evi”ndə “Azərsu” ASC-yə məxsus xidmət masasında mikro, kiçik və orta sahibkarlıq subyektlərinə texniki şərtlərin, ödənişlər haqqında məlumatın verilməsi, qüsurlu ödənişin bərpa edilməsi və borcun araşdırılması üzrə xidmətlər göstərilir. 

Sahibkarlar qazlaşma haqqında məlumat, texniki şərt üçün sənədlərin qəbulu və təhvil verilməsi, yeni və mövcud abonentlər üzrə müqavilələrin bağlanması, yeni qazlaşma və əvəzetmə nəticəsində quraşdırılmış smart tipli sayğacların kartlarının aktiv edilməsi, abonent məlumatlarında (ad, soyad) dəyişikliklərin olunması, itirilmiş və zədələnmiş smart kartların hazırlanması, koda düşmüş smart kartlarının bərpası üçün “Bakı KOB evi”ndə fəaliyyət göstərən “Azəriqaz” İB-nin xidmət masasına müraciət edə bilərlər.

“Azərişıq” ASC tərəfindən isə “Bakı KOB evi”ndə sahibkarlara abonentin ad dəyişdirilməsi, geniş tarixçəsinin və üzləşmə aktlarının verilməsi, sayğacın zədələnməsinin araşdırılması üçün müraciətlərin qəbulu, enerji təchizatı şəbəkəsinə qoşulma, elektrik enerjisinin gücü və keyfiyyət göstəriciləri barədə sənədin hazırlanması, istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi, elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri, abonent kodunun passiv və ya aktiv olması üçün müraciətlərin qəbulu xidmətləri göstərilir. Həmçinin sahibkarlar onlara məxsus biznes obyektlərinin smart kartlarının bərpası, yenisinin verilməsi və ödənişin yüklənməsi xidməti üçün də “Bakı KOB evi”nə müraciət edə bilərlər.

Powered by Froala Editor