Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçirilib 28.01.22
“Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda təlim keçirilib










Yanvarın 28-də Mərkəzi Bank, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Bakı Fond Birjası və “ABB-İnvest” investisiya şirkəti tərəfindən kiçik və orta sahibkarlıqla məşğul olan şirkətlər üçün “Bakı Fond Birjasında listinq və Listinq Məsləhət Proqramı” mövzusunda onlayn təlim keçirilib. 


Təlimdə Mərkəzi Bank, Bakı Fond Birjası və “ABB-İnvest” investisiya şirkətinin əməkdaşları tərəfindən kapital bazarı, qiymətli kağızların buraxılışı, onların birjada listinqə alınması proseduru və Listinq Məsləhət Proqramı ilə bağlı ətraflı məlumat verilib. 


Mütəmadi olaraq keçirilən tədbirin məqsədi yerli şirkətlərə alternativ maliyyələşmə üsullarını təqdim etmək və bu istiqamətdə beynəlxalq təcrübəni bölüşməkdir.

Powered by Froala Editor