Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Azərbaycan və Ukrayna biznes dairələrinin iştirakı ilə dəyirmi masa təşkil olunub Daha 8 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Könül Quliyeva: Məqsədimiz "Safavy"ni insanların peşəkar inkişaf ekosisteminə çevirməkdir - MÜSAHİBƏ Sahibkarlarla dialoq: 140-a yaxın görüş və ictimai müzakirə, 30-dan çox müəssisə ziyarəti KOBİA sahibkarların maliyyəyə çıxışına necə dəstək göstərir? Vergi Məcəlləsinə edilmiş dəyişikliklər barədə sahibkarlar üçün seminar keçiriləcək Minifutbol turniri başa çatıb Maliyyəyə çıxışla bağlı qadın sahibkarlar üçün təlim keçirilib AQEM-ə üzv ölkələr KOB-ların “yaşıl iqtisadiyyat”a keçidinə dair təcrübələrini bölüşüblər Mikro, kiçik və orta biznesin inkişafına dəstək genişlənir
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub 13.12.19
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub

Səudiyyə Ərəbistanı Krallığının Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclası keçirilib.

Qeyd edək ki, İşçi Qrupu Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərir. İşçi Qrupun həmsədrləri Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Səudiyyə Ərəbistanı Baş İnvestisiya Qurumunun (SAGİA) Beynəlxalq əməkdaşlıq idarəsinin rəhbəri Bədir əl-Müfqainidir.

Azərbaycan və Səudiyyə Ərəbistanının müvafiq qurumlarının iştirakı ilə keçirilmiş iclasda ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən kiçik və orta sahibkarlıq sahəsində inkişafına və İşçi Qrupunun ötən müddətdəki fəaliyyətinə dair məlumat verilib, əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb. Tədbirdə Azərbaycan və Səudiyyə Ərəbistanı arasında iqtisadi əməkdaşlığın genişləndirilməsinə, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə tədbirlərin təşkilinə, iqtisadiyyatın müxtəlif sahələri üzrə qarşılıqlı məlumat mübadiləsinə, Səudiyyə Ərəbistanının müvafiq qurumlarının Agentliyin strukturuna daxil olan KOB İnkişaf Fondunda iştirak imkanlarına, qarşılıqlı biznes missiyaların təşkilinə dair müzakirələr aparılıb.

İclasın sonunda Azərbaycan-Səudiyyə Ərəbistanı əməkdaşlığı üzrə İşçi Qrupunun 4-cü iclasının yekunlarına dair Protokol imzalanıb. Sənədi İşçi Qrupun həmsədri, KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və SAGİA-nın sədr müavini İbrahim Al-Suavi imzalayıblar.

İşçi Qrupunun iclası çərçivəsində KOBİA nümayəndə heyəti Səudiyyə Ərəbistanının KOB-lara xidmət və dəstək göstərən bir sıra qurumlarında görüşlər keçirib. Səudiyyə İnkişaf Fondu, Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası, Kiçik və Orta Müəssisələr Baş İdarəsi, Baş İnvestisiya Qurumu (SAGİA), Ər-Riyad Ticarət və Sənaye Palatası və Dövlət İnvestisiya Fondunun rəhbər heyəti ilə təşkil olunmuş görüşlərdə ölkəmizdə KOB sektorunun inkişafı, bu sahədə həyata keçirilən tədbirlər, eləcə də KOBİA-nın fəaliyyəti barədə məlumat verilib. Görüşlərdə Səudiyyə Ərəbistanının müvafiq qurumları tərəfindən KOBİA-nın fəaliyyətinə, Agentliyin mövcud dəstək mexanizmlərinə və reallaşdırılacaq layihələrə maraq ifadə olunub, əməkdaşlıq imkanları nəzərdən keçirilib. Görüşlərdə müvafiq olaraq hər iki ölkənin KOB-ları arasında səmərəli və məhsuldar əlaqələrin qurulması məqsədilə təcrübə, informasiya və potensial investisiya layihələri mübadiləsinə, Səudiyyə Ərəbistanın müvafiq qurumlarının KOB İnkişaf Fondunda iştirak imkanlarına, birgə müəssisələrin yaradılmasına, KOB-ların iştirakı ilə qarşılıqlı səfərlərin təşkilinə dair müzakirələr aparılıb. Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası Azərbaycanda müxtəlif sahələrdə, o cümlədən maliyyə sektorunda aparılan islahatları yüksək qiymətləndirib, ölkəmizdə maliyyə sektoru üzrə birgə tədbirin keçirilməsinə dair KOBİA nümayəndələri ilə fikir mübadiləsi aparılıb. Səudiyyə Ərəbistanın Kiçik və Orta Müəssisələr Baş İdarəsi ilə təşkil olunmuş görüşdə təcrübə mübadiləsi və texniki dəstək kimi məsələlərin öz əksini tapacağı birgə tədbirlərə dair yol xəritəsinin hazırlanması barədə razılıq əldə edilib. SAGİA və KOBİA nümayəndələri arasında təşkil olunmuş görüşdə Müştərək Komissiya və İşçi Qrupu çərçivəsində mövcud əməkdaşlıq müsbət qiymətləndirilib, biznes forumun keçirilməsi, hər iki ölkənin KOB-larının iştirakı ilə Biznes Şurasının yaradılması müzakirə olunub. Ər-Riyad Ticarət və Sənaye Palatası ilə görüşdə isə KOB-ların iştirakı ilə qarşılıqlı səfərlərin keçirilməsi, ölkəmizdə və Səudiyyə Ərəbistanında təşkil olunacaq sərgilərdə KOB-ların iştirakı və belə formatda digər tədbirlərin təşkili imkanları nəzərdən keçirilib.

Powered by Froala Editor