Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Azərbaycanda sosial sahibkarların beynəlxalq onlayn forumu keçiriləcək 26.10.20
Azərbaycanda sosial sahibkarların beynəlxalq onlayn forumu keçiriləcək



Oktyabrın 28-də Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) tərəfdaşlığı və “Education HUB”ın təşkilatçılığı ilə Azərbaycan ilk dəfə "Sosial sahibkarların beynəlxalq onlayn Forumu"na ev sahibliyi edəcək. Forumun məqsədi sosial inkişaf üçün sosial sahibkarlığın innovativ vasitə olduğunu diqqətə çatdırmaq və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsidir.

Onlayn tədbir zamanı iştirakçılar ABŞ, Azərbaycan, Almaniya, Ukrayna, Gürcüstan və s. ölkələrin sosial sahibkarlıq təcrübəsi, bu sahədə qanunvericilik ilə tanış olacaq, həmin ölkələrdən olan sosial sahibkarların uğur hekayələrini eşidəcəklər. Eyni zamanda forumda davamlı inkişaf üçün sektorlararası əməkdaşlıq imkanları müzakirə olunacaq.

Tədbir gənclər arasında sosial dəyər və sosial sahibkarlıq düşüncə tərzinin formalaşmasına, onların öz sosial bizneslərinin yaradılmasına və yeni innovativ həllər gətirməsinə dəstək verəcək.

Onlayn forum barədə ətraflı məlumat üçün “Education HUB” şirkətinə müraciət etmək olar: (+994 55) 275 77 57, eduhub.az@gmail.com.

Powered by Froala Editor