Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Azərbaycanda ilk ulduz dərəcələri 17 hotelə təqdim olunub 30.09.21
Azərbaycanda ilk ulduz dərəcələri 17 hotelə təqdim olunub

Sentyabrın 30-da Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası tərəfindən Milli Ulduz Təsnifat sistemi əsasında hotellərə ulduz dərəcələrinin verilməsi mərasimi keçirilib.

 

Tədbirdə çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov hotellərin rəqabətqabiliyyətinin artırılması və satış imkanlarının genişləndirilməsi üçün Milli Ulduz Təsnifatının əhəmiyyətli olduğunu, ulduz sertifikatı almış hotellərin bunu öz bizneslərində hiss edəcəklərinə ümidvar olduğunu bildirib. Pandemiyanın turizm sektoruna təsiri barədə fikirlərini bölüşən Orxan Məmmədov qlobal turizm sektorunun COVİD-19 pandemiyası dövründə neqativ təsirlərə məruz qalmış sahələrdən olduğunu qeyd edib. Bildirilib ki, Azərbaycan hökuməti tərəfindən genişmiqyaslı dəstək paketi hazırlanaraq pandemiyadan zərər çəkmiş bizneslərə, o cümlədən hotel sektorunda fəaliyyət göstərən sahibkarlara təqdim edilib. Həm pandemiya nəticəsində yaranmış yeni reallıqlar, həm də müştərilərin davranış və istəklərindəki dəyişikliklər, eləcə də texnoloji yeniliklər hotel sektorunda yeni tələblər formalaşdırıb. Belə şəraitdə turizm sənayesinin iştirakçıları qlobal rəqabətə davam gətirmək üçün yeni çağırışlar ilə ayaqlaşmalıdır. “Ölkəmizdə turizm sektoruna dövlət səviyyəsində mühüm diqqət göstərilir. Təsadüfü deyildir ki, post-pandemiya dövründə iqtisadi artımın drayverlərindən biri kimi məhz daxili turizm müəyyən edilib. Qarabağ bölgəsinin işğaldan azad edilməsi turizmin inkişafı üçün yeni mərhələ açır. Bu bölgənin gözəlliyi, iqlim şəraiti, təbii resursları və zəngin mədəni abidələri təkcə ölkəmizin deyil, bütövlükdə dünya səyahətçiləri üçün yeni turizm marşrutunun yaradılmasına gətirib çıxaracaqdır” – deyə Orxan Məmmədov vurğulayıb.

 

Qeyd edək ki, 2019-cu ilin dekabrında Azərbaycan Turizm Bürosuna Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən hotellərə ulduz verilməsinə görə uyğunluğun qiymətləndirilməsi akkreditasiya attestatı verilib. Sənədə əsasən Milli Hotel Ulduz Təsnifat Sisteminin icrası Azərbaycan Turizm Bürosu və Azərbaycan Hotel Assosiasiyası arasında imzalanan birgə fəaliyyət müqaviləsinə əsasən həyata keçirilir.

Powered by Froala Editor