Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Azərbaycanda biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib 27.04.22
Azərbaycanda biznesin rəqəmsallaşmasına həsr olunmuş hesabatın təqdimatı keçirilib

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Azərbaycanda şirkətlərin rəqəmsallaşması” mövzusunda hibrid formatda tədbir keçirilib. Tədbirdə bir sıra dövlət qurumlarının, eləcə də İƏİT üzvü olan ölkələrin Azərbaycandakı səfirliklərinin və ticarət palatalarının nümayəndələri iştirak ediblər.  

Tədbirdə iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları Baş Direktorluğunun Şərq Tərəfdaşlığı ölkələri ilə iqtisadi əməkdaşlıq şöbəsinin rəhbəri Jerar Odaz və digərləri çıxış edib, Azərbaycanda şirkətlərin rəqəmsallaşmasının təşviqi” və “COVID-19-dan sonra Şərq Tərəfdaşlığı ölkələrində biznesin rəqəmsal transformasiyasının sürətləndirilməsi” mövzularında hesabatların təqdimatı keçirilib və müzakirələr aparılıb.

KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov tədbirdəki çıxışında İƏİT-nin Azərbaycanda KOB-ların rəqəmsallaşdırılması sahəsində təşəbbüslərinin önəmini vurğulayıb, bu sahədə ölkədə görülən işlər, həmçinin KOB-larla bağlı prioritetlər barədə danışıb. Qeyd edilib ki, iqtisadi inkişafda vacib rol oynayan KOB-lar ölkədə sahibkarlıq subyektlərinin böyük əksəriyyətini təşkil edir və onların müasir trendlərə uyğun inkişafı, o cümlədən rəqəmsallaşması mühüm əhəmiyyət kəsb edir. Pandemiya KOB-ların fəaliyyətinə mənfi təsir göstərib və rəqəmsallaşmanı daha da aktuallaşdırıb. Bütün bunlar nəzərə alınmaqla hökumət tərəfindən rəqəmsallaşmanın geniş tətbiqinə xüsusi diqqət göstərilir. Orxan Məmmədov KOBİA-nın KOB-ların rəqəmsallaşması, Agentlik tərəfindən onlara göstərilən dəstək və xidmətlər barədə məlumat verib.

Powered by Froala Editor