Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xidmətləri “Bakı KOB evi”ndə 28.02.23
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin xidmətləri “Bakı KOB evi”ndə

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) yükdaşıma xidmətlərindən istifadə etmək istəyən sahibkarlar “Bakı KOB evi”nə müraciət edə bilərlər. 

KOB evində ASCO tərəfindən sahibkarlara sifarişlərin qəbulu, onların icrası ilə bağlı əlaqələndirmə və məlumatlandırma xidmətləri göstərilir. 

Qeyd edək ki, “Bakı KOB evi” sahibkarlara biznesə dair dövlət və özəl qurumlar tərəfindən müxtəlif xidmətlərin göstərildiyi vahid məkandır. Hazırda KOB evində 50-yə yaxın dövlət və özəl qurum tərəfindən sahibkarlara 250-dən çox xidmət göstərilir. Sahibkarlar biznes fəaliyyəti üçün lazım olan biznesin qeydiyyatı, vergi məsələləri, lisenziyalar, mənşə və qida təhlükəsizliyi sertifikatları, müxtəlif fəaliyyət istiqamətləri üzrə icazələr, gömrük xidmətləri, əmlakın dövlət reyestrindən çıxarış, aqrar sahə üzrə subsidiyalar, açıq məkanda reklamın yerləşdirilməsinə icazə, kommunal xidmətlər, bank, sığorta, lizinq və s. xidmətlər üçün “Bakı KOB evi”nə müraciət edə bilərlər. Nərimanov rayonu ərazisində yerləşən (Ziya Bünyadov prospekti, 38C, 1969-cu məhəllə) KOB evi saat 09.00-dan 18.00-dək sahibkarların xidmətindədir. 

Powered by Froala Editor