Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Azərbaycan və Ukrayna sahibkarları arasında görüş keçirilib 14.09.24
Azərbaycan və Ukrayna sahibkarları arasında görüş keçirilib

Sahibkarlar arasında B2B görüşlər keçirilib, əməkdaşlıq imkanları müzakirə edilib.


Azərbaycanda səfərdə olan 20-yə yaxın Ukrayna iş adamı yerli sahibkarlar və biznes assosiasiyaların nümayəndələri ilə görüşüb.


“Bakı KOB evi”ndə təşkil olunmuş tədbirdə Ukraynanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Yuri Qusev, “CEO Club London”nun prezidenti Sergey Qaydaçuk, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun icraçı direktorunun müavini Zöhrab Qədirov iştirak ediblər.


Görüşdə ölkəmizdə biznes və investisiya qoyuluşu imkanları, sahibkarlara göstərilən dəstək tədbirləri və iş adamları arasında əməkdaşlıq perspektivləri barədə məlumat verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Tədbir çərçivəsində Azərbaycan və Ukrayna sahibkarları arasında B2B görüşlər də keçirilib.


Powered by Froala Editor