Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Azərbaycan və Türkiyənin qadın sahibkarlarının iştirakı ilə “Türk dünyasında qadın gücü” adlı tədbir keçirilib 15.10.25
Azərbaycan və Türkiyənin qadın sahibkarlarının iştirakı ilə “Türk dünyasında qadın gücü” adlı tədbir keçirilib

Tədbirdə qadın sahibkarlığının inkişafına dövlət dəstəyi, sosial-iqtisadi həyatda qadınların rolu, Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında qadın sahibkarların fəaliyyəti barədə fikir mübadiləsi aparılıb.

“Bakı KOB evi”ndə “Türk dünyasında qadın gücü” adlı tədbir keçirilib. Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının (AQSİA) təşkilatçılığı, Türkiyənin Samsun İş Qadınları Dərnəyinin (SAMİKAD) və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə təşkil olunan tədbirdə qadın sahibkarlar iştirak edib. 

Tədbirin məqsədi Azərbaycan və Türkiyənin qadın sahibkarları arasında əməkdaşlığın möhkəmləndirilməsi, qadınların iqtisadi fəallığının artırılması, təcrübə və fikir mübadiləsi, həmçinin gələcək birgə layihələr üzrə əməkdaşlıq perspektivlərinin müzakirə olunmasıdır. 

Tədbirdə KOBİA-nın İdarə Heyəti sədrinin birinci müavini Samir Hümbətov, Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin sədri Hicran Hüseynova, SAMİKAD-ın İdarə Heyətinin sədri Şehnaz Dereli, Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının İdarə Heyətinin sədri Səkinə Babayeva və digərləri çıxış ediblər. Çıxışlarda qadın sahibkarlığının inkişafı istiqamətində dövlət dəstəyi mexanizmləri, qadınların sosial-iqtisadi həyatda rolunun artırılması, həmçinin Azərbaycan və Türkiyə arasında iqtisadi-ticarət əlaqələrinin inkişafında qadın sahibkarların rolu barədə məlumat verilib. Həmçinin tədbirdə qeyd edilib ki, “Türk dünyasında qadın gücü” kimi tədbirlər hər iki ölkənin qadın sahibkarlar arasında yeni əməkdaşlıqların qurulması, təcrübə mübadiləsi və ortaq təşəbbüslərin reallaşdırılması baxımından əhəmiyyətlidir.

 Sonda qadın sahibkarları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor