Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Azərbaycan və Türkiyə arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq üçün imkanlar genişdir 14.05.22
Azərbaycan və Türkiyə arasında kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq üçün imkanlar genişdir

Mayın 14-də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin (TÜİB) Seçkili Ümumi Yığıncağı keçirilib. 

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Türkiyə arasında bütün istiqamətlərdə olduğu kimi, kiçik və orta sahibkarlıq sahəsində də əməkdaşlığın genişləndiyini vurğulayıb. Qeyd edilib ki, KOBİA Türkiyənin müvafiq qurumları, o cümlədən TÜİB ilə birgə təşəbbüslər həyata keçirir. Bu əməkdaşlıq ölkələrimiz arasında biznes əlaqələrinin daha da inkişafına öz töhfəsini verir. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində suvenir istehsalı müəssisəsi və istixana təsərrüfatı belə layihələrdəndir. Türkiyə iş adamlarının Azərbaycanda fəaliyyətinin daha da genişləndirilməsi üçün imkanlar genişdir. KOBİA Azərbaycanda fəaliyyət göstərən və ya biznes qurmaq istəyən türk iş adamlarına dəstək göstərməyə hazırdır. İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıqla məşğul olmaq üçün xarici ölkələrdən daxil olmuş müraciətlər arasında türk şirkətləri üstünlük təşkil edir. 

Powered by Froala Editor