Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib 15.06.19
Azərbaycan və Rusiya arasında sərhədyanı işgüzar əməkdaşlığın inkişafına dair dəyirmi masa keçirilib

Azərbaycan və Rusiyanın kiçik və orta biznes (KOB) subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.

Rusiya Federasiyasının Dağıstan Respublikasının Mahaçqala şəhərində təşkil olunmuş dəyirmi masada Azərbaycan və Rusiya arasında xüsusilə sərhədyanı bölgələrdə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlıq imkanları, KOB-lar arasında birgə layihələrin reallaşdırlması məsələləri müzakirə edilib.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentiyinin (KOBİA) və Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası”nın təşkilatçılığı ilə keçirilmiş dəyirmi masada Dağıstanın İqtisadiyyat və ərazi inkişaf nazirinin müavini Hacıamin Ramaldanov, "Dağıstanın İnkişafı Korporasiyası" ASC-nin baş direktoru vəzifəsini icra edən Rinat Turabov, Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyasının və “Binə Aqro” MMC-nin nümayəndələri, eləcə də Azərbaycan və Rusiya tərəfindən sahibkarlar iştirak ediblər.

Tədbirdə çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlığın inkişafının Azərbaycan və Rusiya üçün prioritet olduğunu, hər iki ölkənin iqtisadiyyatının inkişafında KOB-ların rolunun artdığını və sahibkarların bir sıra dəstək mexanizmlərindən yararlandığını qeyd edib. Bildirilib ki, KOBİA kiçik və orta sahibkarlar arasında sərhədyanı əməkdaşlığın genişləndirilməsində böyük potensial görür və yerli şirkətlər bu sahədə əməkdaşlığa təşviq olunur.

Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası”nın icraçı direktoru Aleksandr Braverman Rusiyada kiçik və orta sahibkarlığın inkişafı, bu sahədə qanunvericiliyə edilmiş dəyişikliklər və dəstək tədbirləri, Azərbaycan və Rusiya KOB-ları arasında əməkdaşlıq imkanları barədə danışıb, sərhədyanı əməkdaşlığın inkişafının əhəmiyyətini vurğulayıb.

Dəyirmi masada Azərbaycan və Rusiyanın KOB subyektləri arasında sərhədyanı əməkdaşlığın inkişafına dair bir sıra təkliflər səsləndirilib, qarşılıqlı biznes missiyaların təşkili barədə təklif sahibkarlar tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, dəyirmi masa 2018-ci ildə KOBİA və Rusiyanın “Kiçik və Orta Sahibkarlıq Korporasiyası” arasında imzalanmış Anlaşma Memorandumu və Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası məqsədilə təşkil edilib. İlk belə dəyirmi masa 2018-ci ildə Bakıda təşkil olunmuş 9-cu Azərbaycan-Rusiya Regionlararası Forumu çərçivəsində keçirilib.

Powered by Froala Editor