Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA-nın dəstəyi ilə KOB-lar “Caspian Oil & Gas” sərgisində məhsul və xidmətlərini nümayiş etdirirlər Xızı rayonunda sahibkarlarla görüş keçirilib “Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə! ELAN AQEM-in Biznes Şurasının İdarə Heyətinin onlayn iclası keçirilib Daxili bazar araşdırmasının aparılmasına görə ödənilən dəstək məbləği nə qədərdir və bu məbləğ nəyə əsasən müəyyən edilir? Qazax-Tovuz iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib “Xaçmaz KOB evi”nin Xudat Xidmət Mərkəzində Kənd Təsərrüfatı Nazirliyinin xidməti masası fəaliyyətə başlayıb WUF13 çərçivəsində KOB-ların dayanıqlı şəhər inkişafında rolu müzakirə edilib Dayanıqlı şəhərlər və mavi-yaşıl infrastruktur müzakirə olunub
Azərbaycan və Qazaxıstan kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığı genişləndirir 06.05.19
Azərbaycan və Qazaxıstan kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığı genişləndirir

Mayın 4-də Qazaxıstan Respublikasının Nur-Sultan şəhərində keçirilən “Ulttyq Onim” Milli Məhsullar Sərgisi çərçivəsində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Qazaxıstanın müvafiq qurumu olan “Damu” Sahibkarlığın İnkişafı Fondu arasında görüş təşkil olunub. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “Damu” Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri xanım Qauxar Buribayeva arasında keçirilmiş görüşdə Azərbaycanda və Qazaxıstanda kiçik və orta sahibkarlığın inkişafı, hər iki qurumun fəaliyyəti barədə məlumat verilib, əməkdaşlıq imkanlarına, təcrübə mübadiləsinə və qarşılıqlı səfərlərin təşkilinə dair müzakirələr aparılıb.

Görüşdən sonra KOBİA və “Damu” Sahibkarlığın İnkişafı Fondu arasında əməkdaşlığa dair Anlaşma Memorandumu və birgə tədbirləri müəyyən edəcək yol xəritəsi imzalanıb.

Sərgi çərçivəsində həmçinin, KOBİA nümayəndələrinin Qazaxıstanın bir sıra dövlət və özəl qurumlarında görüşləri təşkil olunub. KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və Qazaxıstanın Xarici Ticarət Palatasının sədri Ayan Erenov arasında keçirilmiş görüşdə Azərbaycan və Qazaxıstanın kiçik və orta biznes (KOB) subyektləri arasında əlaqələrin genişləndirilməsinə, qarşılıqlı ixrac missiyalarının təşkilinə, biznes assosiasiyalarına dəstək mexanizmlərinə dair fikir mübadiləsi aparılıb. “KazakhExport” ASC-nin İdarə Heyətinin sədri Ruslan İsakovla təşkil olunmuş görüşdə qarşılıqlı biznes missiyaların təşkilinə, “Baiterek” ASC-nin İdarə Heyətinin sədr müavini Galymzhan Tajiyakovla görüşdə isə KOB-lara maliyyə institutlarının və mexanizmlərinin dəstəyi, dövlət-özəl tərəfdaşlığı çərçivəsində mümkün əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

“Ulttyq Onim” Milli Məhsullar Sərgisi çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Türkiyənin Elm, Sənaye və Texnologiya Nazirliyinin Kiçik və Orta Müəssisələrin İnkişafı Təşkilatının (KOSGEB) sədri Cəvahir Uzkurtla da görüşüb. Görüşdə kiçik və orta sahibkarlıq sahəsində əməkdaşlığa və təcrübə mübadiləsinə, eləcə də Agentliyin nümayəndələrinin Türkiyəyə nəzərdə tutulan səfərinə dair fikir mübadiləsi aparılıb.

KOBİA-nın nümayəndələri “Damu” Sahibkarlığın İnkişafı Fondunun tabeliyində fəaliyyət göstərən və sahibkarlara müxtəlif məsləhət xidmətləri təklif edən Sahibkarlara Xidmət Mərkəzində də olublar. KOBİA nümayəndələrinə Mərkəzin iş prinsipləri, sahibkarlara göstərdiyi xidmətlər barədə məlumat verilib.

Powered by Froala Editor