Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Azərbaycan və Pakistan iş adamları arasında təcrübə mübadiləsi və birgə təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur 07.06.22
Azərbaycan və Pakistan iş adamları arasında təcrübə mübadiləsi və birgə təşəbbüslərin reallaşdırılması nəzərdə tutulur

İyunun 7-də Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun və İslamabad Ticarət və Sənaye Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan-Pakistan biznes konfransı keçirilib. 


Tədbirdə hər iki ölkədən rəsmi şəxslərlə yanaşı, 50-dən çox iş adamı iştirak edib.


Konfransda iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, AZPROMO-nun rəhbəri Yusif Abdullayev, Pakistanın Azərbaycandakı səfiri Bilal Hayee, Pakistan-Azərbaycan İqtisadi Əməkdaşlıq Palatasının (PAKAZCHAM) prezidenti Xürrəm Bhatti, İslamabad Ticarət və Sənaye Palatasının prezidenti Məhəmməd Şakil Munir çıxış ediblər.


Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Azərbaycan və Pakistan biznes ictimaiyyətləri arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb, Agentliyin fəaliyyəti barədə məlumat verib. Qeyd olunub ki, KOBİA ölkəmizdə biznes fəaliyyəti qurmaq istəyən xarici sahibkarlara, o cümlədən Pakistandan olan iş adamlarına müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması, hər iki ölkənin KOB-ları arasında birgə layihələrin həyata keçirilməsi və digər istiqamətlərdə dəstək göstərə bilər. Agentlik və Pakistanın KOB-ların İnkişafı Təşkilatı arasında əməkdaşlığın qurulması istiqamətində tədbirlər görülür. İş adamları arasında təcrübə mübadiləsi və birgə təşəbbüslərin həyata keçirilməsi nəzərdə tutulur. 

Powered by Froala Editor