Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Azərbaycan və Macarıstan KOB-larının birgə təşəbbüslər həyata keçirməsi üçün imkanlar genişdir 03.02.22
Azərbaycan və Macarıstan KOB-larının birgə təşəbbüslər həyata keçirməsi üçün imkanlar genişdir

Bakıda Azərbaycan Respublikası Hökuməti və Macarıstan Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın 8-ci iclası və Azərbaycan-Macarıstan biznes forumu keçirilib. Tədbirlərdə hər iki ölkədən müvafiq dövlət qurumlarının nümayəndələri və iş adamları iştirak ediblər. 

Birgə Komissiyanın iclasındakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov hər iki ölkənin KOB-ları arasında əməkdaşlığın genişləndirilməsi üçün müxtəlif təkliflər səsləndirib. Qeyd olunub ki, ölkələrimizin KOB-ları arasında əlaqələrin inkişafı üçün müvafiq qurumlar və iş adamlarının iştirakı ilə intensiv qarşılıqlı səfərlər təşkil olunmalıdır. Azərbaycan-Macarıstan Biznes Şurası çərçivəsində hər iki ölkənin biznes ictimaiyyəti arasında sıx və birbaşa əlaqələr yaradıla bilər. KOBİA Macarıstan və Azərbaycan KOB-larının iştirakı ilə ölkəmizdə kənd təsərrüfatı, sənaye, İKT, xidmət, turizm və digər sahələrdə birgə müəssisələrin yaradılmasına dəstək göstərə bilər. 

Biznes forumdakı çıxışında isə KOBİA sədri Azərbaycan və Macarıstanın biznes ictimaiyyətləri arasında əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb və Agentliyin fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, KOBİA ölkəmizdə biznes fəaliyyəti qurmaq istəyən xarici iş adamlarına, o cümlədən Macarıstandan olan sahibkarlara müvafiq qurumlarla əlaqələndirmə, etibarlı yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə bilər. 

 

Powered by Froala Editor