Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Azərbaycan-Ukrayna ticarət-iqtisadi əməkdaşlığı müzakirə edilib 11.06.20
Azərbaycan-Ukrayna ticarət-iqtisadi əməkdaşlığı müzakirə edilib

Ukraynanın Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə keçirilmiş “Ukrayna-Azərbaycan: qlobal dəyişikliklər zamanı ticarət-iqtisadi əməkdaşlıq” mövzusunda video konfransda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də iştirak edib.

Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ölkəmizdə kiçik və orta biznesin (KOB) inkişafı istiqamətində görülən işləri, bu sahədə Agentliyin fəaliyyətini diqqətə çatdırıb, KOB sahəsində Ukraynanın müvafiq qurumları və sahibkarlıq subyektləri ilə əməkdaşlıq imkanlarına toxunaraq, hər iki ölkənin KOB-larının iştirakı ilə birgə klasterlərin yaradılmasına, Dövlət-Özəl Tərəfdaşlığı sahəsində Ukrayna təcrübəsinin öyrənilməsinə, Azərbaycan-Ukrayna İşgüzar Şurasının yaradılmasına dair fikir və təkliflərini bölüşüb. Həmçinin, KOBİA-nın rəhbəri post-pandemiya dövründə Azərbaycan hökuməti tərəfindən prioritet olaraq müəyyən edilmiş turizm, telekommunikasiya, kənd təsərrüfatı məhsullarının istehsalı və emalı və digər perspektivli sahələrə Ukrayna investorlarını sərmaye yatırmağa dəvət edərək, bu sahədə Agentlik tərəfindən hərtərəfli dəstəyin göstəriləcəyini bildirib.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı və Ukraynanın Azərbaycandakı səfirlərinin, dövlət qurumlarının nümayəndələrinin və sahibkarların iştirak etdiyi videokonfransda iki ölkə arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivləri, ticarət dövriyyəsinin artırılması imkanları, işgüzar görüşlərin təşkili və s. məsələlər müzakirə edilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Powered by Froala Editor