Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində nəqliyyat və logistika mərkəzlərinin rolu müzakirə edilib 21.12.23
Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində nəqliyyat və logistika mərkəzlərinin rolu müzakirə edilib

Bakıda “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu” mövzusunda panel iclası keçirilib.


Azərbaycan-Türkiyə İnvestisiya Forumu çərçivəsində “İkitərəfli ticarət dövriyyəsinin artırılmasında nəqliyyat və logistika mərkəzlərinin rolu” mövzusunda panel iclası təşkil edilib.


Panel iclasında Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov, Türkiyənin ticarət nazirinin müavini Özgür Volkan Ağar, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov, “İkra Logistik”in baş direktoru Akın Konyar, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, Uluslararası Nakliyecilər Dərnəyinin sədr müavini Fatih Şener tədbir çərçivəsində müzakirələrdə iştirak ediblər.


Azərbaycan Nəqliyyat Ekspeditor Şirkətləri Assosiasiyasının sədri Kamran Həbibovun moderatorluğu ilə keçirilən tədbirdə ortaq dəyərlərə malik olan ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin, strateji müttəfiqliyimizin əhəmiyyəti vurğulanıb, əməkdaşlıq portfelinin gücləndirilməsi istiqamətləri barədə fikir mübadiləsi aparılıb.


Qeyd olunub ki, yeni əməkdaşlıq imkanlarının araşdırılması və reallaşdırılması ölkələrimizin iqtisadiyyatının dayanıqlı inkişafına və qlobal iqtisadiyyata sıx inteqrasiyaya mühüm töhfələr verə bilər. Panel sessiyada Azərbaycan və Türkiyənin mühüm nəqliyyat qovşaqları üzərində yerləşməsinin, nəqliyyat dəhlizlərinin imkanlarından istifadənin və potensial layihələrin geoiqtisadi əhəmiyyəti vurğulanıb.


Tədbirdə dövlət başçılarımızın qarşıya qoyduqları hədəflərə çatmaq üçün qarşılıqlı ticarətin daha da inkişafı istiqamətində qarşılıqlı tədarükün artırılmasında liman infrastrukturunun potensial imkanları, nəzarət məntəqələrinin modernləşdirilməsi, Orta Dəhlizin imkanlarından səmərəli istifadə, Preferensial Ticarət Sazişi üzrə qarşılıqlı ticarətin vəziyyəti və inkişaf perspektivləri, nəqliyyat sahəsi üzrə Azərbaycana investisiya yatırılması imkanları, nəqliyyat və logistika dəhlizlərinin KOB-ların inkişafında rolu mövzusunda müzakirələr aparılıb.

Powered by Froala Editor