Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində KOBİA iki sənəd imzalayıb 04.11.22
Azərbaycan-Türkiyə biznes forumu çərçivəsində KOBİA iki sənəd imzalayıb

Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO və Türkiyənin Xarici İqtisadi Əlaqələr Qurumunun (DEİK) təşkilatçılığı ilə Azərbaycan-Türkiyə Biznes Forumu keçirilib. 


Hər iki ölkədən dövlət rəsmilərinin və iş adamlarının iştirakı ilə təşkil olunmuş forum çərçivəsində bir sıra sənədlər, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), İcbari Sığorta üzrə Dövlət Agentliyi və Türkiyənin “CCN” Şirkətlər Qrupu arasında Azərbaycanda səhiyyə infrastrukturunun inkişaf etdirilməsi və səhiyyə xidmətlərinin təşkili sahəsində dövlət-biznes əməkdaşlığına dair Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov, İcbari Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev və “CCN” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri Murat Çeçen imzalayıblar. Sənəd Azərbaycan və Türkiyə arasında səhiyyə xidmətləri sahəsində dövlət-biznes əməkdaşlığı təcrübəsinin daha da genişləndirilməsi, bununla əlaqədar Türkiyə təcrübəsinin Azərbaycana gətirilməsi, ən yaxşı beynəlxalq təcrübələr əsasında səhiyyə xidmətlərinin təşkil edilməsində dövlət və özəl sektor arasında praktiki əməkdaşlığın gücləndirilməsi, yerli Azərbaycan şirkətlərinin bu sahədə yeni texnologiyalara, qabaqcıl beynəlxalq təcrübəyə və nou-haulara çıxışlarının təşviq edilməsi üzrə əməkdaşlığı nəzərdə tutur.  


Həmçinin forum çərçivəsində KOBİA və Türkiyənin “SUR YAPI” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov və “SUR YAPI" MMC-nin direktoru Cem Hakan Elmas imzalayıblar. Sənəddə müvafiq sahələrdə layihələrin mübadiləsi, hər iki ölkənin KOB-ları arasında əlaqələndirmə işlərinin aparılması və etibarlı tərəfdaşların müəyyən edilməsi, qarşılıqlı sәrmayә yatırımlarının hәyata keçirilmәsinə və KOB-lar üçün layihələrin reallaşdırılmasına dәstәyin göstәrilmәsi öz əksini tapıb. 

Powered by Froala Editor