Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri “Bakı KOB evi”ndə olub 15.10.25
Azərbaycan Turizm və Menecment Universitetinin tələbələri “Bakı KOB evi”ndə olub

Tələbələr KOB evinin iş prosesi ilə tanış olub, onların KOB evi modeli barədə sualları cavablandırılıb.

Azərbaycan Turizm və Menecment Universitetində təhsil alan bir qrup tələbə “Bakı KOB evi”ndə dövlət və özəl qurumlar tərəfindən sahibkarlara göstərilən xidmətlərlə tanış olub.  

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən tələbələrə KOB evinin iş prosesi, burada biznes subyektlərinə göstərilən “G2B” və “B2B” xidmətlər barədə məlumat verilib. Qeyd olunub ki, sahibkarlıq subyektlərinə dövlət və özəl qurumlar tərəfindən göstərilən xidmətlər KOB evlərində vahid məkanda və əlaqələndirilmiş formada təqdim olunur. KOB evi modeli biznesə xidmətlərin göstərilməsi sahəsində yeniliklərdəndir və ölkəmizə səfərə gələn bir çox xarici nümayəndə heyətləri tərəfindən müsbət təcrübə kimi qiymətləndirilir. Gənclərin biznes ideyalarının reallaşdırılmasına dəstək üçün “Bakı KOB evi”ndə Startap İnkişaf Mərkəzi də fəaliyyət göstərir. 

Sonda KOB evinin fəaliyyəti barədə tələbələri maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor