Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Azərbaycan startap investisiyalarında süni intellekt və texnoloji innovasiyalara maraq artır 20.11.25
Azərbaycan startap investisiyalarında süni intellekt və texnoloji innovasiyalara maraq artır

Son bir ildə startap investisiyalarında əsas tendensiya süni intellekt, xüsusilə generativ AI sahəsinə yönəlmiş yatırımların artması ilə müşahidə olunur.

Bu barədə Finss.az-ın sorğusuna cavab olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verilib.

Məlumata görə, investorlar daha çox müəyyən nəticələr əldə etmiş startapların layihələrinə və sabit biznes modellərinə üstünlük verir:

“Marağın artdığı sahələr arasında maliyyə texnologiyaları (fintech), elektron ticarət və rəqəmsal xidmətlər xüsusi yer tutur. Yerli bazarda həmçinin təhsil texnologiyaları (edtech) və kənd təsərrüfatı ilə bağlı innovativ həllər diqqət mərkəzindədir. Texnoloji yeniliklərə və avtomatlaşdırmaya əsaslanan layihələrə də maraq artmaqdadır.”

Agentlik əlavə edib ki, regional və yerli ekosistemin güclənməsi investor inamını artırır:

“Regionda, o cümlədən ölkəmizdə dövlət dəstəyi və innovativ ekosistemin inkişafı nəticəsində startap mühitinə inam və investisiya potensialı güclənməkdədir. Həmçinin dövlət dəstəyi mexanizmləri və inkubasiya proqramlarının genişlənməsi nəticəsində startap ekosistemi getdikcə daha da aktiv və investisiya üçün cəlbedici hala gəlir.”

Beləliklə, KOBİA-nın məlumatına görə, süni intellekt, fintech, edtech, elektron ticarət və kənd təsərrüfatı innovasiyaları son dövrlərin startap investisiya prioritetləri olaraq formalaşır və dövlət dəstəyi bu sahələrin inkişafına mühüm təkan verir.

https://fins.az/biznes/339845/azerbaycan-startap-investisiyalarinda-suni-intellekt-ve-texnoloji-innovasiyalara-maraq-artir-kobia-dan-aiqlama/

Powered by Froala Editor