Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Azərbaycan-Slovakiya biznes forumu keçirilib 19.10.21
Azərbaycan-Slovakiya biznes forumu keçirilib

Oktyabrın 19-da Bakıda İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) və Slovakiyanın İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin (SARİO) təşkilatçılığı ilə Azərbaycan-Slovakiya biznes forumu keçirilib. 


Tədbirdə rəsmi şəxslərlə yanaşı, hər iki tərəfdən İKT, tikinti, qida və s. sahələrdə fəaliyyət göstərən 50-dək iş adamı iştirak edib. 


Biznes forumda Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də təmsil olunub. Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və KOB-lara göstərilən dəstək və xidmətlər barədə məlumat verib. Qeyd olunub ki, KOBİA da yerli və xarici iş adamları arasında əlaqələrin qurulmasına və birgə təşəbbüslərin reallaşdırılmasına dəstək göstərir. Belə ki, Agentlik Slovakiya iş adamlarına ölkəmizdə müvafiq qurumlarla əlaqələndirmə, yerli tərəfdaşların tapılması və digər istiqamətlərdə dəstək göstərə bilər. Eyni zamanda Agentliyin sahibkarlığın dəstəklənməsi sahəsində Slovakiyanın müvafiq qurumları ilə əməkdaşlıqda və birgə təşəbbüslərin həyata keçirlməsində maraqlı olduğu diqqətə çatdırılıb. 

Powered by Froala Editor