Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupunun 5-ci iclası keçirilib 13.04.23
Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupunun 5-ci iclası keçirilib

Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupunun iclasında iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən ticarət, investisiya, KOB sahələrində mövcud əlaqələr və əməkdaşlıq imkanları, müvafiq sahələrdə əlaqələrin genişləndirilməsi üçün birgə tədbirlər müzakirə edilib.

Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupunun 5-ci iclası keçirilib.

Azərbaycanda biznesə dəstək göstərən qurumların nümayəndələrinin və iş adamlarının Səudiyyə Ərəbistanına səfəri çərçivəsində keçirilmiş iclasda hər iki ölkədən müvafiq qurumların nümayəndələri iştirak ediblər. 

Səudiyyə Ərəbistanının İnvestisiya Nazirliyinin Beynəlxalq əlaqələr üzrə nazir müavini Məhəmməd Əl-Hasnahın və Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədovun həmsədrliyi ilə keçirilmiş iclasda İşçi Qrupunun ötən müddətdəki fəaliyyətinə dair məlumat verilib, iqtisadiyyatın müxtəlif sektorlarında, o cümlədən ticarət, investisiya, KOB sahələrində mövcud əlaqələr və əməkdaşlıq imkanları, müvafiq sahələrdə əlaqələrin genişləndirilməsi üçün birgə tədbirlər müzakirə edilib. 

Qeyd edək ki, Azərbaycan-Səudiyyə Ərəbistanı İşçi Qrupu Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya çərçivəsində fəaliyyət göstərir. 

Powered by Froala Editor