Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədrləri görüşüb 12.06.23
Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədrləri görüşüb

Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədrləri arasında keçirilmiş görüşdə İşguzar Şura çərçivəsində hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün növbəti addımlar müzakirə edilib.

Məlumat verildiyi kimi Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri, “Al Rajhi İnternational for İnvestment” şirkətinin baş icraçı direktoru Əhməd Əli Əl Dakhilin rəhbərlik etdiyi rəsmi şəxslərdən və iş adamlarından ibarət nümayəndə heyəti ölkəmizdə səfərdədir. 

Səfər çərçivəsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının həmsədri Əhməd Əli Əl Dakhil arasında görüş keçirilib. 

Görüşdə ölkələrimiz arasında ikitərəfli ticarət əlaqələrinin genişləndirilməsi və investisiya layihələrinin həyata keçirilməsi istiqamətində əməkdaşlığın inkişafına maraq ifadə olunub, İşguzar Şura çərçivəsində hər iki ölkənin iş adamları arasında əlaqələrin genişləndirilməsi üçün növbəti addımlara dair fikir mübadiləsi aparılıb. 

Powered by Froala Editor