Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Azərbaycan sahibkarları Tümen vilayətinə işgüzar səfərə dəvət olunur 30.08.19
Azərbaycan sahibkarları Tümen vilayətinə işgüzar səfərə dəvət olunur

Rusiya Federasiyasının Tümen vilayətinin İnvestisiya siyasəti və sahibkarlığa dövlət dəstəyi departamenti Azərbaycan sahibkarlarını 2019cu ilin avqust - sentyabr aylarında Tümen vilayətinə işgüzar səfərə dəvət edir.

Səfər çərçivəsində Tümen vilayətində fəaliyyət göstərən müəssisələr, o cümlədən onların sənaye və ixrac potensialı ilə tanışlıq, həmçinin əməkdaşlığın qurulması məqsədilə ikitərəfli görüşlərin keçirilməsi nəzərdə tutulur.

Sahibkarlıq subyektləri ətraflı məlumat üçün Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (Firuzə Qardaşxanova, telefon: (+994 12) 404-04-01, e-mail: firuza.gardashkhanova@smb.gov.az) və Tümen vilayətinin İnvestisiya siyasəti və sahibkarlığa dövlət dəstəyi departamentinə (Demidenko Yana Yuryevna, telefon: +7 (3452) 42-66-96, e-mail: DemidenkoYaYu@72to.ru) müraciət edə bilərlər.

Powered by Froala Editor