Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Azərbaycan sahibkarları Özbəkistan şirkətləri ilə onlayn “B2B” görüşlər keçirə bilər 09.06.20
Azərbaycan sahibkarları Özbəkistan şirkətləri ilə onlayn “B2B” görüşlər keçirə bilər

Özbəkistan Respublikasının İnvestisiya və Xarici Ticarət Nazirliyi yanında İxracın Təşviqi Agentliyi və Özbəkistanın Azərbaycandakı Səfirliyinin dəstəyi ilə 8-12 iyun 2020-ci il tarixlərində Azərbaycan sahibkarları ilə Özbəkistanın ixracatçı təşkilatları arasında onlayn formatda biznes forum keçiriləcək.

Onlayn biznes forum çərçivəsində “Zoom” platforması vasitəsi ilə 9-12 iyun 2020-ci il tarixlərində “B2B” görüşlər də təşkil olunacaq:

9 İyun - Qida sənayesi və kənd təsərrüfatı

10 iyun - Avtomobil sənayesi və dağ-mədən sənayesi

11 iyun- Yüngül sənaye

12 iyun - Elektrotexnika sənayesi

İkitərəfli işgüzar görüşlərdə Özbəkistan şirkətlərinin məhsulları və xidmətləri, ixrac imkanları təqdim ediləcək.

Onlayn görüşlərdə iştirak edəcək Özbəkistan şirkətləri ilə tanış olmaq üçün https://b2b.ceo.az/welcome.htm keçidinə daxil ola bilərsiniz.

Azərbaycan sahibkarları onlayn görüş keçirməyə maraq göstərdiyi şirkətlərlə qeydiyyatdan keçməklə şəxsi kabinetlərində görüş təyin edə bilərlər.

Əlavə məlumat üçün:

(+994 12) 404 10 00 (daxili 1042), (+994 77) 277 70 42 (Sona Rüstəmli)

E-mail: eventcoordinator@ceo.az

www.ceo.az

Powered by Froala Editor