Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Azərbaycan sahibkarları Antaliya sərgisindən distribüterlik və ixracla bağlı ilkin razılaşmalarla qayıdıblar 25.01.22
Azərbaycan sahibkarları Antaliya sərgisindən distribüterlik və ixracla bağlı ilkin razılaşmalarla qayıdıblar

Yanvarın 18-21-də Türkiyənin Antalya şəhərində keçirilmiş 28-ci Beynəlxalq Qida və İçki Sərgisi çərçivəsində Azərbaycan sahibkarları yeni əməkdaşlıqlara dair ilkin razılıqlar əldə ediblər. Sərgidə təmsil olunan mürəbbə, təbii sıxım yağlarının və əzmələrin istehsalçıları distribüterliyə dair Türkiyə şirkətləri ilə, zəfəran istehsalçıları yerli zəfəran və ondan hazırlanmış məhsulların ərəb ölkələrinə ixracına, quru meyvə istehsalçısı isə qurudulmuş xurmanın Türkiyənin ticarət şəbəkələrində satışına dair ilkin razılıq əldə ediblər.

Qeyd edək ki, sərgidə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkil etdiyi xüsusi stenddə 15 mikro və kiçik sahibkarlıq subyekti məhsullarını təqdim edib. "Made in Azerbaijan" stendində quru meyvələr, təbii sıxım yağları, konservləşdirilmiş məhsullar, meyvə şirələri, çay, giləmeyvələr, zəfəran və ondan hazırlanmış məhsullar, çərəzlər, şirniyyat, şokolad və digər qida məhsulları nümayiş olunub.

Powered by Froala Editor