Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Azərbaycan "Russia Halal Expo 2023" sərgisində təmsil olunub 19.05.23
Azərbaycan "Russia Halal Expo 2023" sərgisində təmsil olunub

“Russia Halal Expo” beynəlxalq sərgisində iştirak edən Azərbaycanın stendində yerli məhsullarımız təqdim olunub, ölkəmizin biznes və investisiya imkanları, Qarabağın potensialı barədə məlumat verilib.


Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Russia Halal Expo” Sərgisi keçirilir. 


Sərgidə İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə dəstəyi ilə Azərbaycan məhsulları vahid ölkə stendində nümayiş olunub. Stenddə sahibkarlar tərəfindən müxtəlif ət və ət məhsulları, narşərab, kompot, mürəbbə, çay və digər məhsul və xidmətlər təqdim edilib. 


Bununla yanaşı, stenddə KOBİA, AZPROMO, İqtisadi Zonaların İnkişafı Agentliyi, Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) və Dövlət Turizm Agentliyi tərəfindən Azərbaycanın investisiya imkanları, sahibkarlara göstərilən dəstək və xidmətlər, iqtisadi zonalarda yaradılmış əlverişli şərait, turizm potensialı, 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi və rəqəmsal iqtisadiyyatın inkişafı sahəsində həyata keçirilən təşəbbüslər barədə məlumat verilir, ziyarətçilərə müxtəlif çap materialları təqdim edilir.


Eyni zamanda, stendimizdə işğaldan azad edilmiş Azərbaycan ərazilərinin potensialı və investisiya qoyuluşu imkanları barədə də məlumat verilib, videoçarxlar nümayiş olunub.


Mayın 19-da Tatarıstanda səfərdə olan Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi dövlət rəsmilərindən ibarət Azərbaycan nümayəndə heyəti ölkə stendi ilə tanış olub. 


Qeyd edək ki, “Russia Halal Expo” Sərgisi 14-cü “Rusiya – İslam dünyası: Kazan Forumu 2023” Beynəlxalq İqtisadi Forum çərçivəsində təşkil olunub. İki gün davam edəcək sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır.  

 

Powered by Froala Editor