Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Azərbaycan-Rumıniya Müştərək Komissiyasının iclasında KOB sahəsində əməkdaşlıq da müzakirə edilib 23.06.22
Azərbaycan-Rumıniya Müştərək Komissiyasının iclasında KOB sahəsində əməkdaşlıq da müzakirə edilib

İyunun 23-də Bakıda Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında ticarət-iqtisadi əlaqələr və elmi-texniki əməkdaşlıq üzrə Müştərək Komissiyanın 6-cı iclası keçirilib. 

İclasda digər məsələlərlə yanaşı, iki ölkə arasında KOB sahəsində əməkdaşlığın genişləndirilməsi də müzakirə edilib. 

Tədbirdəki çıxışında Kiçik və Orta Biznesin İnkiaşafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov ölkələrimiz arasında KOB sahəsində əməkdaşlığın inkişaf etdirilməsi üçün potensialı diqqətə çatdırıb, Agentliyin KOB evi və KOB inkişaf mərkəzləri ilə bağlı müsbət təcrübəsini Rumıniya ilə bölüşməyə hazır olduğunu qeyd edib. Vurğulanıb ki, iki ölkənin biznes şəbəkələri arasında tərəfdaşlığın gücləndirilməsinə ehtiyac var və qarşılıqlı səfərlər bu baxımdan faydalı olacaqdır. KOB-lar arasında əməkdaşlıq üçün birgə biznes platformanın yaradılması üzərində də iş aparıla bilər. Bu, hər iki ölkənin biznesləri arasında sıx və birbaşa əlaqə yaratmağa imkan verəcəkdir. 

Powered by Froala Editor