Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclasında KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib 07.04.23
Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyasının iclasında KOB sahəsində əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan-Qazaxıstan iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyasının iclasında hər iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndiyi, KOB-lar arasında münasibətlərin inkişaf etdirilməsi məqsədilə müvafiq qurumların təmaslarının artdığı qeyd edilib.

Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 19-cu iclası keçirilib. 

İclasda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qeyd edib ki, Azərbaycan və Qazaxıstan arasında iqtisadi-ticarət əlaqələrinin müsbət dinamikası işgüzar dairələr arasında əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanlar yaradır. Bildirilib ki, hər iki ölkənin iş adamları arasında müxtəlif sahələrdə əlaqələrin inkişafı məqsədilə KOBİA və Qazaxıstanın müvafiq qurumları arasında imzalanmış sənədlər çərçivəsində əməkdaşlıq uğurla davam etdirilir. KOB-lar arasında münasibətlərin inkişaf etdirilməsi məqsədilə Qazaxıstanın əlaqədar təşkilatları ilə təmaslar daha da artır. 

Qeyd: Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın həmsədrləri Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın Baş nazirinin müavini, ticarət və inteqrasiya naziri Serik Jamanqarindir. 

Powered by Froala Editor