Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Daha 4 sahibkar innovasiya fəaliyyəti üzrə mənfəət vergisindən azad edilib Azərbaycan-Vyetnam Biznes Şurası yaradılır Neft-qaz şirkətləri ilə əməkdaşlıq etmək istəyən KOB subyektlərinin nəzərinə! KOBİA-da Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş tədbir keçirilib 7-ci qrant müsabiqəsi barədə sahibkarların sualları cavablandırılıb Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsində qadınlarla görüş keçirilib KOBİA və "Belarus Universal Əmtəə Birjası" ASC arasında Anlaşma Memorandumu imzalanıb KOBİA-nın qrant dəstəyi barədə "CBC FM"in "İqtisadi həftə" verilişində Sahibkarlığa gedən yol – Özünüməşğulluq proqramı ilə biznesə ilk addımınızı atın 7-ci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə!
Azərbaycan Qadınlarının VI Qurultayında KOBİA da təmsil olunub 19.10.23
Azərbaycan Qadınlarının VI Qurultayında KOBİA da təmsil olunub

Azərbaycan Qadınlarının VI Qurultayında qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, biznesdə qadınların rolunun artması mövzuları da müzakirə edilib. 

“Gülüstan” sarayında Azərbaycan Qadınlarının VI Qurultayı keçirilib. 

Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan və Tacikistandan dövlət rəsmiləri, Milli Məclisin deputatları, qeyri-hökumət və beynəlxalq təşkilatların, xarici ölkələrin Azərbaycandakı səfirliklərinin nümayəndələri iştirak ediblər.

Azərbaycanın bütün regionlarından 600-ə yaxın qadının bir araya gəldiyi tədbirdə rəsmi hissə ilə yanaşı, müxtəlif mövzularda panel müzakirələr də təşkil olunub. “Sosial - iqtisadi islahatların gender aspektləri. Formal və qeyri formal məşğulluqda qadın təmsilçiliyi” mövzusunda paneldə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov qadınların sahibkarlıq fəaliyyətinə təşviqi, biznesdə qadınların rolunun artması, Agentliyin qadın sahibkarlara dəstəyi barədə məlumat verib. Qeyd edilib ki, ölkəmizdə qadınların kiçik biznesə, özünüməşğulluğa marağı, eləcə də hüquqi şəxslərin və müəssisələrin təsisçiləri, idarəediciləri sırasında sayı artır. Araşdırmaların və sorğuların təhlili göstərir ki, biznes bacarıqlarının çatışmazlığı, maliyyə resurslarına çıxış, satış imkanlarının azlığı qadın sahibkarların daha çox üzləşdiyi çətinliklərdəndir. Qadınların özünüməşğulluğa və biznes fəaliyyətinə təşviqi, qadın sahibkarlığının inkişafına dəstək göstərilməsi KOBİA-nın fəaliyyətində prioritet istiqamətlərdəndir. Qadınlar biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək üçün Agentliyin təlim, məsləhət, maliyyə resurslarına və satış bazarlarına çıxış, qrant, sərgilərdə iştiraka dəstək, daxili bazar araşdırması və s. dəstək və xidmətlərindən faydalana bilərlər. KOBİA-nın dəstək mexanizmləri çərçivəsində ötən müddət ərzində 9 qadın sahibkara qrant, 17-nə “Startap” şəhadətnaməsi verilib, təkcə 2023-cü il ərzində keçirilən təlim və məsləhət xidmətlərindən 3500-dən çox qadın faydalanıb. 

Powered by Froala Editor