Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində 28.07.21
Azərbaycan məhsulları “Russia Halal Expo” sərgisində

İyulun 28-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində “Russia Halal Expo 2021” Sərgisi öz işinə başlayıb. 


Sərgidə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə Azərbaycan məhsulları da nümayiş olunur. Azərbaycanın stendində sahibkarlar tərəfindən müxtəlif ət məhsulları, meyvə şirələri, mürəbbə və cemlər, bitki yağları, un və un məhsulları və s., eləcə də yerli məhsulların ixracı ilə məşğul olan şirkətlərin xidmətləri təqdim edilir.  


Bu gün “Russia Halal Expo 2021” sərgisinə gələn Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Reşetnikov və Tatarıstan Respublikasının prezidenti Rustam Minnixanov Azərbaycanın stendini də ziyarət ediblər. 


Qeyd edək ki, “Russia Halal Expo 2021” Sərgisi 12-ci “Rusiya – İslam dünyası: Kazan Sammit 2021” Beynəlxalq İqtisadi Sammiti çərçivəsində təşkil olunub. İyulun 30-dək davam edəcək sərginin məqsədi MDB və digər ölkələrin istehsalçılarına halal məhsullarını və müxtəlif xidmətləri təqdim etməkdə, alıcı və satıcılara yeni satış bazarları və etibarlı təchizatçı tapmaqda dəstək olmaqdır. 

Powered by Froala Editor