Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib 07.11.25
Azərbaycan - Birləşmiş Ərəb Əmirlikləri Birgə Biznes Şurasının həmsədrlərinin ilk iclası keçirilib

Tədbirdə Biznes Şuranın ilk iclasına hazırlıq işləri, hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanları, birgə layihələrin icrası müzakirə edilib.

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Şarja şəhərində Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının həmsədrləri - Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyasının sədr müavini və Şarja Ticarət və Sənaye Palatasının (SCCI) sədri Abdullah Əl-Uveys görüşüblər. Görüşdə həmçinin KOBİA və müvafiq palataların nümayəndələri, iş adamları iştirak ediblər. 

Görüşdə Biznes Şuranın ilk iclasına hazırlıq işlərinə, eləcə də hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığın genişləndirilməsi imkanlarına, birgə layihələrin icrasına dair müzakirələr aparılıb. Sənaye, kənd təsərrüfatı, turizm, logistika və İKT kimi Azərbaycan üçün prioritet sahələrdə Biznes Şuranın potensialından geniş istifadə olunması qeyd edilib. KOB-ların rəqəmsal və yaşıl keçidinin təşviqi istiqamətində görülən işlərin bu sahələrdə qarşılıqlı investisiya qoyuluşlarını aktuallaşdırdığı diqqətə çatdırılıb. 

Qeyd edək ki, Azərbaycan – BƏƏ Birgə Biznes Şurasının yaradılması haqqında 2025-ci ildə KOBİA və Birləşmiş Ərəb Əmirliklərinin Ticarət və Sənaye Palataları Federasiyası arasında Anlaşma Memorandumu imzalanıb. Biznes Şurasının yaradılmasında məqsəd hər iki ölkənin biznes dairələri arasında əməkdaşlığı təşviq etməklə ticarət, investisiya, sənaye kimi sahələrdə əlaqələri genişləndirməklə ölkələrimiz arasında iqtisadi münasibətlərin inkişafına töhfə verməkdir. 

KOBİA və BƏƏ-nin Ticarət və Sənaye Palataları Federasiyası arasında ikitərəfli görüş də keçirilib. Görüşdə palata ilə əməkdaşlıq məsələləri, hər iki qurumun imkanlarından bizneslər arasında əlaqələrin inkişafında istifadə məsələləri nəzərdən keçirilib. 

Powered by Froala Editor