Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib Vergi yükü azalır, hədəflər böyüyür: yerli startaplardan qlobal bazara iddialı addımlar - II HİSSƏ “Qarabağ KOB-ları 2026” layihəsi çərçivəsində növbəti peşə təlimləri başa çatıb Azərbaycanın innovativ startapları: süni intellekt, rəqəmsal transformasiya, ciddi hədəflər Sahibkarlar üçün məsləhət xidmətləri davam edir Hər bir biznes fəaliyyəti üçün lisenziya almaq lazımdırmı? Sentyabr ayında sahibkarlar üçün ödənişsiz biznes təlimlər keçiriləcək Strateji investisiya layihələri üzrə investisiya təşviqi sənədinin verilməsi davam edir Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq
Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçiriləcək 03.03.20
Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçiriləcək

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilati dəstəyi ilə 4-5 mart tarixlərində “Boulevard Hotel Baku”da “Caspian Franchise” - Azərbaycan Beynəlxalq Françayzinq Forumu keçiriləcək.

Franşiza sahiblərini,sərmayəçilər və sahibkarları, iri xoldinqlərin nümayəndələrini və françayzinq üsulu ilə biznes fəaliyyətinə başlamaq niyyətində olan şəxsləri bir araya gətirəcək “Caspian Franchise”nin məqsədi kiçik və orta biznes müəssisələrinə yeni fəaliyyət sahələrinin genişləndirilməsi və ya təşkilində köməklik göstərmək, Azərbaycanda françayzinqin inkişaf imkanlarını müzakirə etmək, eləcə də xaricdə biznesin inkişaf tendensiyaları ilə tanış olmaqdır.


“Caspian Franchise” iki hissədən ibarət olacaq:

- Konfrans

- Sərgi

Konfrans Azərbaycanda françayzinqin ən aktual problemlərini yerli və xarici mütəxəssislər və sahibkarlarla müzakirə etmək imkanı yaradacaq. Konfrans zamanı qonaqlar "Niyə özəl biznes deyil françayzinq?" sualına cavab alacaqlar, franşizada işləməyin hüquqi tərəflərini və bu sahədə uğurlu təcrübəsi olan biznes sahibləri ilə praktiki məsləhətləri müzakirə edəcəklər. Konfransın proqramı ilə bu linkdən tanış olmaq mümkündür: https://franchiseexpo.az/az-content/10.html

Sərgidə dondurma, suşi, qəhvə, geyim, kuryer xidmətləri kimi istiqamətlərdə öz məhsul və xidmətlərini təqdim edən və müxtəlif ölkələri təmsil edən şirkətlər iştirak edəcəklər. Sərgidə həmçinin, Sizə uyğun franşiz tapmaq üçün konsaltinq xidmətləri göstərən şirkətlər yer alacaqlar. Sərginin qonaqları isə xarici françayzinq şirkətlərinin nümayəndələri ilə şəxsən görüşüb canlı ünsiyyət formatında təklif olunan franşizlə bağlı bütün məsələləri müzakirə edə biləcəklər.

Tədbirə elektron dəvətnaməni bu sayta daxil olmaqla əldə etmək olar: https://franchiseexpo.az/az-event/

Powered by Froala Editor