Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Sahibkarlar qiymətli kağızlar bazarının üstünlükləri barədə məlumatlandırılıblar İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər
Azərbaycan-Avstriya Hökumətlərarası Komissiyasının icalsında KOB sahəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub 16.05.22
Azərbaycan-Avstriya Hökumətlərarası Komissiyasının icalsında KOB sahəsində əməkdaşlıq perspektivləri də müzakirə olunub

Mayın 16-da Bakıda Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 10-cu iclası keçirilib. 

Tədbirdə müxtəlif sahələrlə yanaşı, kiçik və orta biznesin inkişafı sahəsində birgə fəaliyyət də müzakirə edilib.  

İclasdakı çıxışında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Avstriya ilə KOB sahəsində təcrübə mübadiləsi, KOB-lar arasında əlaqələrin genişləndirilməsi üçün birgə təşəbbüslərin icrasında maraqlı olduğumuzu qeyd edib. Vurğulanıb ki, xüsusilə biznes şəbəkələri arasında tərəfdaşlığın gücləndirilməsinə ehtiyac var və qarşılıqlı səfərlər bu baxımdan faydalı olacaqdır. Yerli startapların inkubatorlara və akseleratorlara səfərlərinin təşkili, eləcə də Avstriyadakı startaplarla birbaşa əlaqələrin qurulması da hər iki tərəf üçün faydalı ola bilər. 

Powered by Froala Editor