Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Avstriya iş adamları KOBİA-nın xidmətlərindən faydalana bilərlər 16.05.22
Avstriya iş adamları KOBİA-nın xidmətlərindən faydalana bilərlər

Bakıda Azərbaycan-Avstriya biznes forumu keçirilib. Tədbirdə hər iki ölkənin rəsmi şəxsləri və iş adamları iştirak ediblər. 

Biznes forumda çıxış edən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin hər iki ölkənin iş adamlarının birgə biznes təşəbbüslərini dəstəkləməyə hazır olduğunu vurğulayıb. Qeyd olunub ki, KOBİA Avstriyanın müvafiq qurumları ilə sahibkarlığa dəstək sahəsində birgə təşəbbüslərin həyata keçirilməsində maraqlıdır və bu sahədə əməkdaşlıq etməyi planlaşdırır. Agentlik Azərbaycanda Avstriya iş adamlarının iştirakı ilə daha çox birgə müəssisə və layihələr görməyə ümid edir. Avstriya iş adamları Azərbaycanda biznes qurmaq və yerli KOB-larla birgə təşəbbüslərin reallaşdırılması üçün KOBİA-nın dəstək və xidmətlərindən faydalana bilərlər. 

Powered by Froala Editor