Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə 17.05.22
Avropa İttifaqının hesabatında KOBİA ilk beşlikdə

Mayın 17-də Avropa İttifaqı-Azərbaycan biznes forumu keçirilib. Tədbirdə hər iki tərəfdən rəsmi şəxslər, beynəlxalq təşkilatların nümayəndələri və sahibkarlar iştirak ediblər. 


Biznes forum çərçivəsində Avropa İttifaqının dəstəyi ilə hazırlanmış “Azərbaycanda biznes mühiti - 2021” hesabatı da təqdim edilib. Avropa şirkətlərinin davam edən yerli islahatlara və qurumların fəaliyyətinin qiymətləndirilməsi sorğusuna əsasən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdıraraq ilk beşlikdə yer alıb (6,04 bal). Hesabatda xarici investorlar KOBİA tərəfindən KOB-ların dəstəklənməsi məqsədilə tətbiq olunan dəstək və xidmətləri səmərəli və faydalı hesab ediblər. Həmçinin hesabatda KOBİA-nın nəzdində fəaliyyət göstərən KOB evləri, KOB inkişafı mərkəzləri, KOB dostu şəbəkəsi və digər xidmətlərin səmərəli fəaliyyəti qeyd olunur. 


Forum çərçivəsində təşkil olunmuş “Maliyyə və digər resurslara çıxış” mövzusunda panel iclasda çıxış edən KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov KOB-ların maliyyə resurslarına çıxışına dair fikirlərini bölüşüb. Qeyd olunub ki, KOB-ların maliyyələşdirilməsini asanlaşdırmaq üçün qlobal, regional və milli səviyyədə səylər göstərilir. Bu sahədə KOB-ların maliyyə savadlılığının artırılması, mövcud fondlara çıxışın asanlaşdırılması, öz maliyyə alətləri çərçivəsində, eyni zamanda Agentliyin 20-dən çox KOB inkişaf mərkəzi vasitəsilə maliyyə məsələləri üzrə ödənişsiz təlim və məsləhət xidmətləri göstərilir. KOBİA tərəfindən KOB-lara qrant verilir, daxili bazar araşdırmasına çəkilən xərcin bir hissəsi dövlət tərəfindən maliyyələşdirilir, KOB-ları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətində azad edən “Startap” şəhadətnaməsi verilir. Agentliyin nəzdində fəaliyyət göstərən Dövlət-Sahibkar Tərəfdaşlığının İnkişafı Mərkəzi də KOB-ların müxtəlif layihələrə cəlb edilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirir. Eyni zamanda hazırda KOB İnkişafı Fondunun yaradılması üzrə işlərin aparıldığını qeyd edən Orxan Məmmədov sözügedən Fond tərəfindən KOB-lara qrantlar və texniki yardımın təklif ediləcəyini vurğulayıb.




Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor

Powered by Froala Editor