Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? “Gəncə KOB evi” fəaliyyətinin ilk üç ayında sahibkarlara 2000-dən çox xidmət göstərib KOBİA və Türk Ticarət Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb "Startap" şəhadətnaməsini uğura çevirən yerli layihələr: "Hellojob.az" və "iCheck" KOB klaster şirkətləri sahibkarlar üçün yeni əməkdaşlıq imkanları yaradır Biznes müqavilələri Məqsədimiz “NooshCard”ı ölkə üzrə şirkətlər üçün standart həllə çevirməkdir – MÜSAHİBƏ Sahibkarların müraciətləri dinlənilib “KOB könüllüləri” proqramına maraq artmaqda davam edir Biznes tərəfdaşlığı proqramı çərçivəsində təlimlər keçirilir
Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq? 05.08.26
Avqust ayında sahibkarlar üçün hansı tədbirlər təşkil olunacaq?

Sahibkarlar üçün sahəvi görüşlər və maarifləndirici tədbirlər ölkənin müxtəlif regionlarını əhatə edəcək.

Avqust ayında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Bakı, Mingəçevir, Kəlbəcər, Lənkəran, Şəki, Samux, Xaçmaz və Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda sahibkarlar üçün müxtəlif mövzularda sahəvi görüşlər təşkil olunacaq.

Onlayn və oflayn formatlarda baş tutacaq görüşlər balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı, ISO standartları və keyfiyyətin idarə edilməsi, heyvandarlıq və arıçılığın inkişafı, özünüməşğulluq proqramının yaratdığı biznes imkanları, turizm, kiçik həcmli qayıqların istehsalı və istismarı, rəqəmsal həllərin biznesdə tətbiqi, istixana fəaliyyəti, kommunal xidmətlərə qoşulma, eləcə də karbon izinin azaldılması mövzularını əhatə edəcək.

Görüşlərdə KOBİA-nın və aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarlıq fəaliyyəti ilə bağlı son yeniliklər, müvafiq sahələrdəki imkanlar və dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verəcək, biznes subyektlərini maraqlandıran sualları cavablandıracaqlar. 

Sahibkarlar avqust ayında keçiriləcək sahəvi görüşlər və maarifləndirmə tədbirləri barədə ətraflı məlumatla aşağıdakı keçid vasitəsilə tanış ola bilərlər: https://smb.gov.az/az/events?slug=gorus  

Powered by Froala Editor