Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Astara və Göygöldə sahibkarlarla görüş keçirilib 25.01.23
Astara və Göygöldə sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkiltaçılığı ilə Astara rayonunda və Göygöl şəhərində sahibkarlarla görüş keçirilib. 

Astarada gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi məqsədilə təşkil olunmuş görüşdə müvafiq dövlət qurumlarının nümayəndələri, gənclər və sahibkarlar  iştirak edib. Görüşdə gənclərin sahibkarlıq fəaliyyətinə təşviqi istiqamətində həyata keçirilən layihələr, bu sahədə qanunvericilik və dövlət dəstəyi tədbirləri barədə məlumat verilib. Tədbirdə gənclərin biznes fəaliyyətinin təşkili sahəsində qarşılaşdıqları məsələlər və onların təklifləri, özünüməşğulluq proqramına müraciət qaydaları, gənclərin peşəyönümlü təhsili, biznes layihələrinin maliyyələşdirilməsi və s. barədə müzakirələr aparılıb, sualları cavablandırılıb. 

Göygöldə 20-dən çox sahibkarın və dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilmiş görüşdə isə turizm sahəsində fəaliyyət göstərən biznes subyektlərinin təklifləri dinlənilib, bu sahədə dövlət dəstəyi mexanizmləri, o cümlədən dövlətin güzəştli kreditlərindən istifadə, KOBİA-nın dəstək və xidmətləri barədə məlumat verilib. 

Powered by Froala Editor