Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Astara rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib 25.02.22
Astara rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) dəstəyi ilə dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində növbəti görüş Astara rayonunda kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən sahibkarların iştirakı ilə təşkil olunub. 

Görüşdə Astara Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun, Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin, KOBİA-nın Lənkəran KOB İnkişaf Mərkəzinin və maliyyə qurumlarının nümayəndələri, eləcə də rayonda fəaliyyət göstərən 30-a yaxın sahibkarlıq subyekti iştirak edib. 

Tədbir çərçivəsində aidiyyəti dövlət qurumlarının nümayəndələri sahibkarları kənd təsərrüfatı sahəsində ölkədə həyata keçirilən və hazırda davam edən layihələr, eləcə də bu sahədə mövcud qanunvericilik, dövlət dəstəyi tədbirləri barədə məlumatlandırıb. 

Tədbirdə sahibkarların qarşılaşdıqları çətinliklər, maliyyə resurslarına çıxış, torpaq sənədlərinin rəsmiləşdirilməsi və s. istiqamətlərdə müzakirələr aparılıb, təkliflər dinlənilib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. 

Powered by Froala Editor