Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Aşağıgərginlikli elektrik qurğu və avadanlıqları və texniki vasitələrin elektromaqnit uzlaşmasına dair texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib 26.11.25
Aşağıgərginlikli elektrik qurğu və avadanlıqları və texniki vasitələrin elektromaqnit uzlaşmasına dair texniki reqlament layihələrinin ictimai müzakirəsi keçirilib

Tədbirdə texniki reqlamentlərin mahiyyəti, onların istehlakçı təhlükəsizliyinin təmin olunmasında rolu və tətbiqinin bazar iştirakçıları üçün yaradacağı üstünlüklər barədə məlumat verilib, iştirakçıların rəy və təklifləri dinlənilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) birgə təşkilatçılığı ilə “Bakı KOB evi”ndə Energetika Nazirliyi tərəfindən hazırlanmış “Aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyi haqqında” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış “Texniki vasitələrin elektromaqnit uzlaşması haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçirilib.

Tədbirdə KOBİA-nın KOB dostu departamentinin müdir müavini Rauf Tağıyev və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdir müavini Nəzrin Mirzəzadə çıxış edib. Çıxışlarda texniki reqlament layihələrinin daxili bazarda təhlükəsiz və keyfiyyətli məhsulların dövriyyəsinin təmin edilməsi, istehlakçı maraqlarının qorunması, eləcə də biznes subyektləri üçün rəqabətədavamlı mühitin gücləndirilməsi baxımından üstünlüklərindən bəhs edilib. Habelə sahibkarların ictimai dinləmə və müzakirələrdə fəal iştirakı və öz təkliflərini təqdim etmələri üçün çağırış edilib.

Tədbir çərçivəsində Energetika Nazirliyinin və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin nümayəndələri texniki reqlament layihələrinin əhatə etdiyi sahələr, əsas təhlükəsizlik tələbləri, onların uyğunluğun qiymətləndirməsi prosesində tətbiqi və digər vacib məqamlara dair təqdimatlar ediblər.  

Görüşün sonunda iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib. 

Powered by Froala Editor