Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Aşağıgərginlikli elektrik qurğu və avadanlıqları və texniki vasitələrin elektromaqnit uzlaşmasına dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq 19.11.25
Aşağıgərginlikli elektrik qurğu və avadanlıqları və texniki vasitələrin elektromaqnit uzlaşmasına dair texniki reqlament layihələri ictimai dinləmə və müzakirəyə çıxarılacaq

Maraqlı tərəfləri texniki reqlament layihələrinin müzakirəsində fəal iştiraka, rəy və təkliflərini bildirməyə çağırırıq.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı ilə 21 noyabr 2025-ci il, saat 11:00-da “Bakı KOB evi”ndə Azərbaycan Respublikasının Energetika Nazirliyi tərəfindən hazırlanmış “Aşağı gərginlikli elektrik qurğularının və avadanlıqlarının təhlükəsizliyi haqqında” və Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən hazırlanmış “Texniki vasitələrin elektromaqnit uzlaşması haqqında” texniki reqlament layihələrinin ictimai dinləmə və müzakirəsi keçiriləcək.

Sahibkarlıq subyektləri, vətəndaş cəmiyyəti institutları, istehlakçılar və müvafiq dövlət qurumlarından maraqlı tərəflər təşkil olunacaq görüşə http://bit.ly/43DZuhP linki üzərindən onlayn qaydada qoşula və müzakirələrdə iştirak edə bilərlər.

Müzakirələr qanunvericiliyə uyğun olaraq, texniki reqlament layihələri ilə bağlı rəy və təkliflərin alınması, maraqlı tərəflərin bu reqlamentlərin hazırlanmasında fəal iştirakının təşviqi, texniki reqlamentlərdə nəzərdə tutulmuş tələblərin və onların tətbiqinin müsbət nəticələrinin geniş ictimaiyyətə çatdırılması məqsədilə həyata keçiriləcək. 

İctimai dinləmələr zamanı layihəyə dair təqdim edilmiş rəy, irad və təkliflərin qanunvericiliyin tələbləri nəzərə alınmaqla təhlil edilməsi, o cümlədən aidiyyəti qurumlarla razılaşdırılmaqla təsdiq olunması məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması planlaşdırılır.

Məlumat üçün bildirək ki, texniki reqlament layihələri Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin rəsmi internet səhifəsinin “Qanunvericilik” bölməsinin “Texniki reqlament layihələrinin ictimai dinləməsi və müzakirəsi” alt-bölməsində (https://competition.gov.az/az/page/qanunvericilik/texniki-reqlament-layihelerinin-ictimai-dinlenmesi-ve-muzakiresi) də yerləşdirilib. 

Powered by Froala Editor