Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Arıçılıqla məşğul olan sahibkarlarla görüş keçiriləcək 12.09.22
Arıçılıqla məşğul olan sahibkarlarla görüş keçiriləcək



Sentyabrın 15-də saat 11:00-da Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə "Arıçılıq və bal istehsalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin çətinliklərinin öyrənilməsi" məqsədilə görüş keçiriləcək.

Görüşdə Şamaxı Rayon İcra Hakimiyyəti, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Şamaxı Dövlət Aqrar İnkişaf Mərkəzi, Aqrar Kredit və İnkişaf Agentliyi, ABAD, Azərbaycan Arıçılar Assosiasiyası və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının nümayəndələri iştirak edəcək. 

Tədbir çərçivəsində arıçılıqla məşğul olan sahibkarların müraciətləri dinləniləcək və onları maraqlandıran suallar cavablandırılacaqdır.  

Görüşdə iştirak etmək istəyən sahibkarlar KOBİA-ya müraciət edə bilərlər (tel: +994 55 200 03 92, email: javanshir.maharramov@smb.gov.az).



Powered by Froala Editor