Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Lənkəran-Astara iqtisadi rayonu üzrə sahibkarların müraciətləri dinlənilib Daha 10 KOB subyekti vergi güzəştindən yararlanacaq KOBİA-nın təşəbbüsü ilə 10 istiqamətdə daxili bazar araşdırması aparılacaq Astara və Lənkəran şəhərlərində fəaliyyət göstərən sahibkarların nəzərinə! Startap rəhbəri: “AllinUs”u qlobal miqyasda tətbiq oluna bilən texnologiya platformasına çevirmək hədəfimizdir - MÜSAHİBƏ Daha 10 KOB subyektinə “Startap” şəhadətnaməsi verilib Sahibkarlıq fəaliyyəti üçün hüquqi forma Sahibkarlarla növbəti görüş Kürdəmir rayonunda təşkil olunub Startap: Gələcəyin səhiyyəsi fərdi yanaşma üzərində qurulacaq Sahibkarlar hansı xidmətlər üçün KOB evlərinə müraciət ediblər
Aqrar sahədə tətbiq olunan dəstək mexanizmlərinə dair onlayn maarifləndirmə tədbiri keçiriləcək 30.10.19
Aqrar sahədə tətbiq olunan dəstək mexanizmlərinə dair onlayn maarifləndirmə tədbiri keçiriləcək

Kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri üçün bir sıra dövlət dəstəyi mexanizmləri - kənd təsərrüfatı texnikasının və damazlıq heyvanların lizinq üsulu ilə verilməsi, aqrar məhsulların istehsalçılarına mineral gübrə, biohumus və pestisidlərin güzəştlə satılması, kənd təsərrüfatı məhsullarının satış yarmarkalarının təşkili, güzəştli kreditlərin verilməsi və s. tətbiq olunur. 2020-ci ilin 1 yanvar tarixindən isə fermerlərə subsidiyalar yeni qaydalarla veriləcəkdir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı və Azərbaycan Dövlət İqtisad Universitetinin dəstəyi iləkeçiriləcək növbəti onlayn maarifləndirmə tədbiri məhz aqrar sahədə tətbiq olunacaq yeni subsidiya qaydalarına və kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən KOB-lara dövlət dəstəyi mexanizmlərinə həsr olunacaq.

Noyabrın 6-da saat 11.00-da təşkil olunacaq onlayn tədbirdə kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri müvafiq mövzularda məlumatlandırılacaq, Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisləri tərəfindən onları maraqlandıran suallar cavablandırılacaq.

Onlayn tədbirə ölkənin istənilən yerindən internetə çıxışı olan kompyüter, planşet və mobil telefondan istifadə etməklə qoşulmaq mümkündür (şifrə 711809561):

- Kompyuter vasitəsilə birbaşa qoşulmaq üçün https://zoom.us/j/711809561 linkinə daxil olmaqla;

- iPhone və Android vasitəsilə “App Store”dan və “Google Play”dən “Zoom Cloud Meetings” tətbiqini yükləməklə.

Agentliyin ölkənin 16 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostları tərəfindən onlayn tədbirə qoşulmaq istəyən sahibkarlara hər cür dəstək göstəriləcəkdir.

Onlayn maarifləndirmə tədbirinə qoşulmaqla bağlı istənilən məsələ ilə əlaqədar KOBİA-ya müraciət edə bilərsiniz (055 525 30 30, Adil Əhmədov).

Powered by Froala Editor