Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində panel görüş keçirilib 27.07.22
Aqrar Məşğulluğun Artırılması Layihəsi çərçivəsində panel görüş keçirilib

Gənc kənd qadınlarının və kişilərinin, həssas əhali qruplarından olan şəxslərin özünüməşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi məqsədilə icra edilən “Aqrar Məşğulluğun Artırılması Layihəsi”nin (AMAL) yekunlarına dair panel görüş keçirilib. Tədbirdə müxtəlif dövlət qurumlarının nümayəndələri iştirak ediblər. 

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) birgə əməkdaşlığı çərəçivəsində həyata keçirilən layihənin icrasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də dəstək göstərib.  

Tədbirdə müvafiq dövlət qurumlarının nümayəndələri tərəfindən layihə çərçivəsində görülmüş işlər, əldə olunan nəticələr və gələcəkdə bu istiqamətdə həyata keçirilə biləcək layihələr barədə məlumat verilib. 

Tədbirdəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov aqrar sahənin dayanıqlı inkişafın və məşğulluğun təmin edilməsində əhəmiyyətli rolunu qeyd edərək AMAL layihəsinin gənclərin məşğulluğunun artırılmasını və sahibkar kimi formalaşmasını təşviq etdiyini vurğulayıb, KOBİA tərəfindən gənc sahibkarların fəaliyyətinin qurulmasına və inkişaf etdirilməsinə yönəlik dəstək mexanizmləri barədə məlumat verib. 

Görüş panel müzakirələrlə davam etdirilib. 

Powered by Froala Editor