Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
AQEM yanında İşgüzar Şuraya 2025-2026-cı illərdə KOBİA sədrlik edəcək 17.09.24
AQEM yanında İşgüzar Şuraya 2025-2026-cı illərdə KOBİA sədrlik edəcək

İşgüzar dairələr arasında əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı fəaliyyət üçün yeni imkanların araşdırılması, KOB-ların inkişafına dəstək məsələləri 2025-2026-cı illərdə İşgüzar Şuranın gündəliyində duran məsələlərdir.  

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) yanında İşgüzar Şuraya 2025-2026-cı illərdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) sədrlik edəcək. 

AQEM-in İşgüzar Şurasının onlayn formatda keçirilmiş iclasında KOBİA nümayəndələri də iştirak ediblər. İclasda KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov 2025-2026-cı illərdə AQEM-ə Azərbaycanın sədrliyi dövründə İşgüzar Şuranın gündəliyinə dair fikirlərini bölüşüb. Qeyd edilib ki, KOBİA-nın İşgüzar Şuraya sədrliyi dövründə iştirakçı ölkələrin işgüzar dairələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, qarşılıqlı fəaliyyət üçün yeni imkanların araşdırılması, kiçik və orta biznesin inkişafına dəstək məsələləri diqqət mərkəzində olacaq. 

İclasda cari məsələlərlə yanaşı, İşgüzar Şuranın iclasının və biznes forumun keçirilməsinə dair də fikir mübadiləsi aparılıb. 

Qeyd edək ki, AQEM-in bu il mart ayında qəbul etdiyi qərarla Azərbaycan 2025-2026-cı illər üzrə təşkilatın sədri seçilib. Hazırda təşkilatın 28 üzvü var. 

Powered by Froala Editor