Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə! 30.03.23
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarlıq subyektlərinin nəzərinə!

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) ilə birlikdə “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2023-2024-cü illər üçün  

 

MÜSABİQƏ ELAN EDİR

 

Mövzu: “İqtisadi kooperasiya”, “Sənaye 4.0”, “Yaşıl iqtisadiyyat” və “Ağıllı kənd təsərrüfatı”

Proqramın dili: İngilis dili

Proqramın strukturu:

- Təlim mərhələsi: 6 həftə, onlayn təlim; 

- Almaniyada təcrübə: 2 həftə;

- Praktiki icra mərhələsi: 5 ay;

- Şəbəkələşmə tədbiri: 2 gün.


Müsabiqədə iştirak etmək istəyən namizədlərdən aşağıda qeyd olunan sənədləri ingilis dilində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:

- Müraciət forması (Application Form);

- Proqramda iştirakla bağlı şirkət rəhbərliyinin icazə məktubu;

 Əlavə məlumatı aşağıdakı linklərdən əldə etmək olar:

Əlaqələndirici şəxs: Məlahət Kazımova, (+994 12) 404 04 01 / (+994 55) 200 04 57, training@smb.gov.az. 

Qeyd: Proqram Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Almaniyanın Federal İqtisadiyyat və Ətraf Mühitin Mühafizəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumuna uyğun olaraq Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) tərəfindən birgə həyata keçirilir.

Powered by Froala Editor