Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
Biznesə xidmət sahəsində innovativ model kimi KOB evlərinə maraq artır “Qarabağ KOB-ları 2026” layihəsi üzrə daha 55 nəfər təlimlərə cəlb olunub Cari ilin I yarısında KOB evlərində sahibkarlara 312 mindən çox xidmət göstərilib ELAN KOBİA-da sahibkarların müraciətləri dinlənilib 2026-cı ilin I yarısında 131 Çağrı Mərkəzi 5000-ə yaxın müraciəti cavablandırıb “İnvestisiya səyahəti” layihəsi çərçivəsində növbəti görüş Ağsuda keçirilib “Startap” şəhadətnaməsi almış bizneslər inkişaf edir 2026-cı ilin I yarısında sahibkarlarla 50-dən çox görüş təşkil olunub Sahibkarlarla növbəti görüş Mingəçevir şəhərində təşkil olunub
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarların və menecerlərin nəzərinə! 03.02.20
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarların və menecerlərin nəzərinə!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi

“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2020-2021-ci illərdə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirak etməkdə maraqlı olan sahibkar və menecerlər üçün

MÜSABİQƏ ELAN EDİR

Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində menecerlərin hazırlanması və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına dəstək göstərməkdir (Information for applicants and participants ).

Kurs haqqında

Mövzu: İqtisadi kooperasiya

Proqramın dili: İngilis dili

Namizədlər üçün tələblər:

Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

Menecment sahəsində ən az 1 il iş təcrübəsi;

Yaşı 45-dən çox olmamalı;

Yaxşı səviyyədə İngilis dili;

Yüksək ünsiyyət və təqdimetmə bacarıqları.

Müsabiqənin keçirilməsi

Tələblərə cavab verən namizədlər müsabiqə mərhələsinə dəvət olunacaqlar. 2020-ci ilin mart ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.

Kurs aşağıdakı mərhələlərdəibarətdir:

Treninqlər: Praktiki idarəetmə vərdişlərinin qazanılması

Təcrübə proqramı: Alman şirkətlərində praktiki, qrup və ya fərdi şəkildə təcrübə imkanı, işgüzar əlaqələrin qurulması.

Xərclərin qarşılanması: İxtisasartırma kursu zamanı Almaniyada qalmaq və tədris xərcləri Proqramın təşkilatçıları tərəfindən qarşılanır. Yol və qida xərcləri iştirakçıların işlədiyi təşkilat və ya iştirakçıların özləri tərəfindən ödənilir.

Müraciət qaydaları: Proqramda iştirak etmək istəyən namizədlərdən aşağıdakı sənədləri 25 fevral 2020-ci il tarixinədək ingilis dilində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ünvanına (Bakı şəhəri, Mustafa Kamal Atatürk pr., 134) və training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:

- müraciət forması (Application Form) – 2 nüsxə;

- fərdi məlumatların qorunmasına dair ərizə (Data protection declaration / Privacy statement) – 1 nüsxə;

- Proqramda iştiraka razılığa dair əməkdaşın vəzifəsi qeyd edilməklə iş yerindən rəhbər şəxs tərəfindən təsdiq edilmiş arayış – 1 nüsxə;

- Namizəd tərəfindən imzalanmış sığorta sənədi (İnsurance Form) – 1 nüsxə;

- Kooperasiya layihəsi (Cooperation project) – 1 nüsxə (1-dən 5-dək olan bəndlər tam cavablandırılmalıdır);

- 3x4 ölçüdərəngli foto şəkil - 2 ədəd;

- Xarici pasportun surəti (yalnız şəxsi məlumatları özündə əks etdirən səhifə) - 1 nüsxə.

- Namizədlər tələb olunan sənədlərlə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi internet səhifəsindən - www.smb.gov.az əldə edə bilərlər.

Əlaqələndirici şəxs: Məlahət Kazımova

Telefon: (012) 404 04 01 / (055) 200 04 57

E-poçt:training@smb.gov.az

Powered by Froala Editor