Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
7-ci qrant müsabiqəsi barədə sualları olan KOB subyektlərinin nəzərinə! Korporativ sosial məsuliyyət çərçivəsində futbol klubuna sahibkarlardan dəstək Ər-Riyadda Azərbaycan-Səudiyyə Ərəbistanı Birgə İşgüzar Şurasının 6-cı iclası keçirilib "Sahibkarların bu günü" filmi “Konstitusiya və Suverenlik - Azərbaycanda sahibkarlığın inkişafı” mövzusunda konfrans keçirilib Sahibkarlar Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər Ticarət şəbəkələrinin fəaliyyəti ilə bağlı ictimai müzakirə təşkil olunub Sahibkarlarla növbəti görüş Ağcabədi rayonunda təşkil olunub İdeyadan reallığa: yeni nəsil startaplar parlaq gələcək vəd edir Sahibkarların “yaşıl layihə”lərinin maliyyələşdirilməsinə dəstək üçün 450 min manat həcmində qrant ayrılıb
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarların və menecerlərin nəzərinə! 09.08.19
Almaniyada ixtisasartırma kursu keçmək istəyən sahibkarların və menecerlərin nəzərinə!

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi


“Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniya-Azərbaycan birgə Proqramı” çərçivəsində 2020-ci ildə Almaniyada “İqtisadi kooperasiya” üzrə 1 ay müddətində ixtisasartırma kursunda iştirak etməkdə maraqlı olan sahibkar və menecerlər üçün

MÜSABİQƏ ELAN EDİR

Proqramın məqsədi Azərbaycanın sahibkarlıq subyektlərinin Almaniyada ixtisasartırma kursu keçməsinə, onların beynəlxalq təcrübəyə yiyələnməsinə, biznes sahəsində müasir nəsil menecerlərin hazırlığı və ixtisasının artırılmasına, alman şirkətləri ilə birbaşa iqtisadi əlaqələrin qurulmasına şərait yaratmaqdır (Information for applicants and participants).

Kurs haqqında

Mövzu: İqtisadi kooperasiya

Proqramın dili: İngilis dili


Namizədlər üçün tələblər:

-Ali təhsil (bakalavr və ya magistr dərəcəsi);

-Menecment sahəsində azı 1 il iş təcrübəsi;

-Yaşı 45-dən çox olmamalı;

-İngilis dilini bilməsi;

-Yüksək ünsiyyət və təqdimetmə bacarıqları.


Müsabiqənin keçirilməsi

Tələblərə cavab verən namizədlər müsabiqə mərhələsinə dəvət olunacaqlar. 2019-cu ilin oktyabr ayında Almaniyanın Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) mütəxəssislərinin iştirakı ilə namizədlərin seçilməsi üzrə müsabiqə keçiriləcəkdir.

Kurs aşağıdakı mərhələlərdən ibarətdir:

Treninqlər: Praktiki idarəetmə vərdişlərinin qazanılması

Təcrübə proqramıAlmanşirkətlərində praktiki, qrup və ya fərdi şəkildə təcrübə imkanı, işgüzar əlaqələrin qurulması.


Xərclərin qarşılanması:

İxtisasartırma kursu zamanı Almaniyada qalmaq və tədris xərcləri Proqramın təşkilatçıları tərəfindən qarşılanır. Yol və qida xərcləriiştirakçıların işlədiyi təşkilat və ya onların özləri tərəfindən ödənilir.

Proqramda iştirak etmək istəyən namizədlərdən aşağıdakı sənədləri 20 sentyabr 2019-cu il tarixinədək ingilis dilində Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin ünvanına (Bakı şəhəri, Mustafa Kamal Atatürk pr., 134) və training@smb.gov.az e-mail ünvanına (mövzu yerinə "Almaniyada ixtisasartırma kursu" yazmaqla) göndərmələri xahiş olunur:

- müraciət forması (Application Form) – 2 nüsxə;

- fərdi məlumatların qorunmasına dair ərizə (Data protection declaration / Privacy statement) – 1 nüsxə;

- Proqramda iştiraka razılığa dair əməkdaşın vəzifəsi qeyd edilməklə iş yerindən rəhbər şəxs tərəfindən təsdiq edilmiş arayış – 1 nüsxə;

- Namizəd tərəfindən imzalanmış sığorta sənədi (İnsurance Form) – 1 nüsxə;

- Kooperasiya layihəsi (Cooperation project) – 1 nüsxə (1-dən 5-dək olan bəndlər tam cavablandırılmalıdır);

3x4 ölçüdərəngli foto şəkil - 2 ədəd;

- Xarici pasportun surəti (yalnız şəxsi məlumatları özündə əks etdirən səhifə) - 1 nüsxə.

Namizədlər tələb olunan sənədlərlə bağlı ətraflı məlumatı Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin rəsmi internet səhifəsindən - www.smb.gov.az əldə edə bilərlər.

Əlaqələndirici şəxs: Məlahət Kazımova

Telefon: (012) 404 04 01 / (055) 200 04 57

E-poçt: training@smb.gov.az

Powered by Froala Editor