Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
​Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir 18.05.20
​Almaniya Azərbaycan şirkətlərinin layihələrini dəstəkləməyi təklif edir

Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi inkişaf etməkdə olan ölkələrdə koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə özəl şirkətlərin təklif etdiyi tədbirləri dəstəkləyir.

Alman-Azərbaycan Xarici Ticarət Palatası və Almaniyanın Azərbaycandakı Səfirliy bu dəstək proqramı ilə maraqlanan Azərbaycan şirkətlərini 30 sentyabr 2020-ci il tarixinədək "COVID-19 Response" başlığı ilə müraciət etməklə layihə təkliflərini təqdim etməyə dəvət edir.

Müvafiq layihələr 200 000 avroya qədər maliyyələşdirilə bilər.

Proqram Alman və Avropa şirkətləri, habelə inkişaf etməkdə olan ölkələrin (Azərbaycan kimi) aşağıdakı tələblərə cavab verən şirkətləri üçün açıqdır:

- illik dövriyyəsi ən azı 400 000 avro olan;

- iki əməliyyat maliyyə ilinin qeydləri olan;

- Avropa İttifaqı və ya İqtisadi Əməkdaşlıqın və İnkişaf Təşkilatının İnkişafa Kömək Komitəsinin siyahısında olan bir ölkədə qeydiyyata alınan və s.

Proqram və tələb olunan meyarlar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.developpp.de/en/covid19/

Proqramda iştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri məsləhət üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına (fabian.zittlau(at)ahkbaku.de ) və ya +994 (50) 273 44 59 nömrəli telefona müraciət edə bilərlər.

Powered by Froala Editor