Biz Azərbaycanın sosial-iqtisadi inkişafını bilavasitə sahibkarlıqla, onun inkişafı ilə bağlayırıq
İnvestisiya qoyuluşu üçün imkanlar genişlənir: investisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir İşğaldan azad edilmiş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib Altun Yasinli: “Klasterləşmə mövcud resurslardan daha səmərəli istifadəyə imkan yaradır” “Performance System”in fəaliyyətinin mərkəzində startap yanaşması dayanır - MÜSAHİBƏ Omanın RIYADA təşkilatının nümayəndə heyəti “Bakı KOB evi”ndə olub Könüllü qanvermə aksiyası keçiriləcək Sahibkarlar lisenziyalar üçün KOB evlərinə müraciət edə bilərlər KOBİA nümayəndələri Türkiyədə keçirilən beynəlxalq seminarda iştirak ediblər Vergi güzəşti ilə böyüyən “InnMedia”: Çin nəhəngi ilə yeni tərəfdaşlıq müqaviləsi, ABŞ-yə dair planlar...
Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə edilib 29.01.20
Alman-Azərbaycan Xarici Ticarət Palatası ilə KOB sahəsində əməkdaşlıq müzakirə edilib


Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Alman-Azərbaycan Xarici Ticarət Palatasının (AHK) İdarə Heyətinin sədri Fərid İsayev və icraçı direktoru Tobias Bauman ilə görüşüb.

Görüşdə ölkəmizdə KOB sektorunun inkişafı, KOBİA-nın və Alman-Azərbaycan Xarici Ticarət Palatasının fəaliyyəti barədə məlumat verilib, KOB sahəsində Agentlik və palata arasında, eləcə də bazar araşdırmaları və startaplara dəstək sahəsində əməkdaşlıq, palataya üzv olan şirkətlərlə yerli KOB-lar arasında əlaqələrin genişləndirilməsi, Agentliyin “KOB Dostu” şəbəkəsinə texniki dəstəyin göstərilməsi, birgə tədbirlərin və Almaniyaya təcrübə səfərinin təşkili məsələlərinə dair fikir mübadiləsi aparılıb.

Powered by Froala Editor